Icma.az
close
up
RU
Prezidentin "Əl Ərəbiyyə"yə müsahibəsi dünya mediasının GÜNDƏMİNDƏ

Prezidentin "Əl Ərəbiyyə"yə müsahibəsi dünya mediasının GÜNDƏMİNDƏ

Icma.az, Bakupost saytına istinadən bildirir.


Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər bir sıra ölkələrin nüfuzlu media orqanları tərəfindən geniş işıqlandırılıb.

Bakupost.az xəbər verir ki, yayımlanan xəbərlərdə dövlətimizin başçısının Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Vaşinqton görüşünün tarixi-siyasi əhəmiyyəti, Azərbaycan-Rusiya münasibətləri və bir sıra aktual məsələlər barədə fikirlərinə geniş yer verilib.

Türkiyənin aparıcı media orqanları, o cümlədən Anadolu agentliyi, "Haber Türk", "Haber Global", "TRT Avaz", "Hürriyet", "Yeni Şafak", "Yirmidördtv", "Ahaber", "Haber.tr", "Haber7", "Ekonomim", "Yeni Akit" və digər nəşrləri əsas diqqəti xüsusilə Azərbaycan Prezidentinin Zəngəzur dəhlizinin açılması, Suriya ilə İsrail arasında gərginliyin aradan qaldırılması, Türkiyənin qlobal arenada tutduğu mövqe ilə bağlı fikirlərinə yönəldib. Xəbərlərdə Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin bütün region üçün əhəmiyyəti ilə bağlı mövqeyi çoxmilyonlu auditoriyanın diqqətinə çatdırılıb. Dövlətimizin başçısının "Zəngəzur dəhlizi təkcə Şərq-Qərb nəqliyyat dəhlizi deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq" fikrinə xüsusi yer verilib. Qardaş ölkə mətbuatı, həmçinin Azərbaycan Prezidentinin qlobal gündəmdəki digər aktual məsələlər, o cümlədən Yaxın Şərqdəki proseslərlə bağlı fikirlərini də diqqətə çatdırıb.

Qazaxıstanın "Inbusiness.kz", "Tengrinews.kz", "Newtimes.kz", "Inform.kz" və digər media orqanlarında dərc olunan məqalələrdə başlıca olaraq Azərbaycan Prezidentinin AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı fikirləri yer alıb. Materiallarda dövlətimizin başçısına istinadla qeyd olunub ki, Azərbaycan mülki təyyarəsinin Rusiya qüvvələri tərəfindən vurulması və Rusiya rəsmilərinin hadisəyə reaksiyası Azərbaycanda böyük məyusluq və narazılıq yaradır. Prezident İlham Əliyevin aşağıdakı sözləri sitat gətirilib: "Yalnız pilotların peşəkarlığı və cəsarəti təyyarəni yerə endirməyə imkan verdi. Xoşbəxtlikdən təyyarə Rusiyada deyil, Qazaxıstanda eniş etdi".

"Arbatmedia.kz" nəşri dövlətimizin başçısının Azərbaycanın Yaxın Şərqə qaz tədarük edəcəyi ilə bağlı fikrini xüsusi qeyd edib. Materialda Azərbaycan Prezidentin bu barədə "Sözsüz ki, təbii ehtiyatlarımızla Yaxın Şərqə daxil olmaq bizim üçün ilk təcrübədir" - fikri sitat gətirilib. Həmçinin Prezident İlham Əliyevin Azərbaycanın Suriyaya qazın həcmini artıra, həmçinin Ərəb Qaz Kəməri, yaxud başqa mübadilə əməliyyatları vasitəsilə digər ölkələri qazla təchiz edə biləcəyi ilə bağlı fikirlərinə də yer verilib.

Ukraynanın aparıcı mətbu orqanları, o cümlədən "RBK-Ukrayna", "Korrespondent", "Gordon", "Obozrevatel", və digər xəbər portallarında nəşr edilən məqalələrdə Azərbaycan Prezidentinin müxtəlif mövzularda fikirləri qeyd edilib. Prezident İlham Əliyevə istinadla bildirilib ki, Azərbaycan ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən bir ölkə olaraq bütün dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləməyə davam edir.

Məqalələrdə dövlətimizin başçısının Zəngəzur dəhlizi ilə bağlı fikirləri də işıqlandırılıb. Qeyd olunub ki, məhz SSRİ-nin fəaliyyəti nəticəsində Azərbaycan ərazisinin bir hissəsini itirib. Sovet İttifaqı Qərbi Zəngəzuru 1920-ci ildə

Azərbaycandan alaraq Ermənistana verdiyi üçün Naxçıvan bölgəsi anklav olub. Ukrayna mediasında, həmçinin Prezident İlham Əliyevin Vaşinqtona səfəri və ABŞ Prezidenti Donald Tramp ilə görüşü barədə də fikirləri dərc edilib.

Rusiyanın TASS agentliyi Prezident İlham Əliyevin Azərbaycan ilə Ermənistan arasında razılığın əldə olunması və Zəngəzur dəhlizinin əhəmiyyəti barədə fikirlərinə yer verib. Məqalələrdə dövlətimizin başçısının Ermənistan ilə Azərbaycan arasında Vaşinqtonda əldə olunan razılaşmanın hər iki tərəf üçün ərazi bütövlüyünün tanınması baxımından əhəmiyyəti vurğulanıb. Dövlətimizin başçısının Ermənistanın razılaşmalardan imtina edəcəyi təqdirdə bunun ciddi nəticələri olacağı və Azərbaycan buna müvafiq cavab verəcəyini qeyd etməsi xüsusi vurğulanıb. Həmçinin Azərbaycan Prezidentinin Zəngəzur dəhlizinin potensial imkanları, yeni marşrutun Şimal-Cənub istiqamətində region ölkələri üçün faydalı olacağı, həm Azərbaycan, həm Rusiya, həm də İranın bu layihədən yararlana biləcəyi barədə fikirləri diqqətə çatdırılıb.

"InterFax" agentliyində yayımlanan xəbərlərdə isə Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin paraflanmasının əhəmiyyəti və Vaşinqton görüşünün müharibənin sonu olması və eyni zamanda, bunun Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionu üçün tamamilə yeni imkanlar açması barədə açıqlaması diqqətə çatdırılıb. Bundan başqa, Prezident İlham Əliyevin Azərbaycan ilə Rusiya arasında münasibətlərin pisləşməsinə görə Rusiyanın məsuliyyət daşıdığını qeyd etdiyi bildirilib. Bu kontekstdə AZAL təyyarəsinin vurulması, Rusiyada azərbaycanlılara qarşı səbəbsiz hücumların baş verdiyi, Azərbaycanın isə konstruktiv və qanuni şəkildə hərəkət etdiyi barədə fikirləri qeyd olunub.

Gürcüstanın nüfuzlu "interpressnews.ge", "palitranews.ge", "aktual.ge", "resonancedaily.com", "24news.ge" informasiya portalları və "1tv.ge" televiziya kanalı Azərbaycan Prezidentinin müsahibəsindən materiallar hazırlayıb. Materiallarda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın siyasi kursu, sülh siyasəti, "dərin dövlət"in fəaliyyəti, Zəngəzur dəhlizi, İran Prezidentinin açıqlamaları, eləcə də Azərbaycana aid təyyarənin vurulması ilə bağlı fikirləri geniş yer alıb.

Bolqarıstanın ən böyük onlayn xəbər portalı olan "Novini", eləcə də "Blitz", "Actualno" nəşrləri dövlətimizin başçısının Azərbaycan-Rusiya münasibətləri, AZAL təyyarəsinin vurulması ilə bağlı fikirlərinə yer verib. Prezident İlham Əliyevin Rusiya ordusunun 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi, tarixi ərazilərimiz olan Qərbi Zəngəzurun Ermənistana verilməsi ilə Azərbaycanın iki yerə bölündüyü qeyd olunub.

Rumıniyanın "Adevarsıcuraj.ro" nəşri də Prezident İlham Əliyevin Azərbaycan-Rusiya münasibətləri ilə bağlı açıqlamalarına diqqət göstərib. Məqalədə Prezident İlham Əliyevin sovet Rusiyasının 1920-ci ildə Azərbaycanı işğal etməklə ölkəmizin demokratik respublika kimi inkişaf etməsinə mane olması, işğaldan çox keçmədən Qərbi Zəngəzuru Ermənistana verməsi ilə Naxçıvanın anklava çevrilməsi barədə fikirləri əksini tapıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 30 Avqust 2025 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri