Icma.az
close
up
RU
Prezidentin Əl Ərəbiyyə yə müsahibəsi beynəlxalq mediada geniş işıqlandırıldı FOTO

Prezidentin Əl Ərəbiyyə yə müsahibəsi beynəlxalq mediada geniş işıqlandırıldı FOTO

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər bir sıra ölkələrin nüfuzlu media orqanları tərəfindən geniş işıqlandırılıb. 

Globalinfo.az xəbər verir ki, yayımlanan xəbərlərdə dövlətimizin başçısının Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Vaşinqton görüşünün tarixi-siyasi əhəmiyyəti, Azərbaycan-Rusiya münasibətləri və bir sıra aktual məsələlər barədə fikirlərinə geniş yer verilib.

Türkiyənin aparıcı media orqanları, o cümlədən Anadolu agentliyi, “Haber Türk”, “Haber Global”, “TRT Avaz”, “Hürriyet”, “Yeni Şafak”, “Yirmidördtv”, “Ahaber”, “Haber.tr”, “Haber7”, “Ekonomim”, “Yeni Akit” və digər nəşrləri əsas diqqəti xüsusilə Azərbaycan Prezidentinin Zəngəzur dəhlizinin açılması, Suriya ilə İsrail arasında gərginliyin aradan qaldırılması, Türkiyənin qlobal arenada tutduğu mövqe ilə bağlı fikirlərinə yönəldib. Xəbərlərdə Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin bütün region üçün əhəmiyyəti ilə bağlı mövqeyi çoxmilyonlu auditoriyanın diqqətinə çatdırılıb. Dövlətimizin başçısının “Zəngəzur dəhlizi təkcə Şərq-Qərb nəqliyyat dəhlizi deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq” fikrinə xüsusi yer verilib. Qardaş ölkə mətbuatı, həmçinin Azərbaycan Prezidentinin qlobal gündəmdəki digər aktual məsələlər, o cümlədən Yaxın Şərqdəki proseslərlə bağlı fikirlərini də diqqətə çatdırıb.

Qazaxıstanın “Inbusiness.kz”, “Tengrinews.kz”, “Newtimes.kz”, “Inform.kz” və digər media orqanlarında dərc olunan məqalələrdə başlıca olaraq Azərbaycan Prezidentinin AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı fikirləri yer alıb. Materiallarda dövlətimizin başçısına istinadla qeyd olunub ki, Azərbaycan mülki təyyarəsinin Rusiya qüvvələri tərəfindən vurulması və Rusiya rəsmilərinin hadisəyə reaksiyası Azərbaycanda böyük məyusluq və narazılıq yaradır. Prezident İlham Əliyevin aşağıdakı sözləri sitat gətirilib: “Yalnız pilotların peşəkarlığı və cəsarəti təyyarəni yerə endirməyə imkan verdi. Xoşbəxtlikdən təyyarə Rusiyada deyil, Qazaxıstanda eniş etdi”.

“Arbatmedia.kz” nəşri dövlətimizin başçısının Azərbaycanın Yaxın Şərqə qaz tədarük edəcəyi ilə bağlı fikrini xüsusi qeyd edib. Materialda Azərbaycan Prezidentin bu barədə “Sözsüz ki, təbii ehtiyatlarımızla Yaxın Şərqə daxil olmaq bizim üçün ilk təcrübədir” – fikri sitat gətirilib. Həmçinin Prezident İlham Əliyevin Azərbaycanın Suriyaya qazın həcmini artıra, həmçinin Ərəb Qaz Kəməri, yaxud başqa mübadilə əməliyyatları vasitəsilə digər ölkələri qazla təchiz edə biləcəyi ilə bağlı fikirlərinə də yer verilib.

Ukraynanın aparıcı mətbu orqanları, o cümlədən “RBK-Ukrayna”, “Korrespondent”, “Gordon”, “Obozrevatel”, və digər xəbər portallarında nəşr edilən məqalələrdə Azərbaycan Prezidentinin müxtəlif mövzularda fikirləri qeyd edilib. Prezident İlham Əliyevə istinadla bildirilib ki, Azərbaycan ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən bir ölkə olaraq bütün dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləməyə davam edir.

Həmçinin oxuyun:

İlham Əliyevlə Putin görüşəcək?

Məqalələrdə dövlətimizin başçısının Zəngəzur dəhlizi ilə bağlı fikirləri də işıqlandırılıb. Qeyd olunub ki, məhz SSRİ-nin fəaliyyəti nəticəsində Azərbaycan ərazisinin bir hissəsini itirib. Sovet İttifaqı Qərbi Zəngəzuru 1920-ci ildə Azərbaycandan alaraq Ermənistana verdiyi üçün Naxçıvan bölgəsi anklav olub. Ukrayna mediasında, həmçinin Prezident İlham Əliyevin Vaşinqtona səfəri və ABŞ Prezidenti Donald Tramp ilə görüşü barədə də fikirləri dərc edilib.

Rusiyanın TASS agentliyi Prezident İlham Əliyevin Azərbaycan ilə Ermənistan arasında razılığın əldə olunması və Zəngəzur dəhlizinin əhəmiyyəti barədə fikirlərinə yer verib. Məqalələrdə dövlətimizin başçısının Ermənistan ilə Azərbaycan arasında Vaşinqtonda əldə olunan razılaşmanın hər iki tərəf üçün ərazi bütövlüyünün tanınması baxımından əhəmiyyəti vurğulanıb. Dövlətimizin başçısının Ermənistanın razılaşmalardan imtina edəcəyi təqdirdə bunun ciddi nəticələri olacağı və Azərbaycan buna müvafiq cavab verəcəyini qeyd etməsi xüsusi vurğulanıb. Həmçinin Azərbaycan Prezidentinin Zəngəzur dəhlizinin potensial imkanları, yeni marşrutun Şimal-Cənub istiqamətində region ölkələri üçün faydalı olacağı, həm Azərbaycan, həm Rusiya, həm də İranın bu layihədən yararlana biləcəyi barədə fikirləri diqqətə çatdırılıb.

“InterFax” agentliyində yayımlanan xəbərlərdə isə Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin paraflanmasının əhəmiyyəti və Vaşinqton görüşünün müharibənin sonu olması və eyni zamanda, bunun Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionu üçün tamamilə yeni imkanlar açması barədə açıqlaması diqqətə çatdırılıb. Bundan başqa, Prezident İlham Əliyevin Azərbaycan ilə Rusiya arasında münasibətlərin pisləşməsinə görə Rusiyanın məsuliyyət daşıdığını qeyd etdiyi bildirilib. Bu kontekstdə AZAL təyyarəsinin vurulması, Rusiyada azərbaycanlılara qarşı səbəbsiz hücumların baş verdiyi, Azərbaycanın isə konstruktiv və qanuni şəkildə hərəkət etdiyi barədə fikirləri qeyd olunub.

Gürcüstanın nüfuzlu “interpressnews.ge”, “palitranews.ge”, “aktual.ge”, “resonancedaily.com”, “24news.ge” informasiya portalları və “1tv.ge” televiziya kanalı Azərbaycan Prezidentinin müsahibəsindən materiallar hazırlayıb. Materiallarda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın siyasi kursu, sülh siyasəti, “dərin dövlət”in fəaliyyəti, Zəngəzur dəhlizi, İran Prezidentinin açıqlamaları, eləcə də Azərbaycana aid təyyarənin vurulması ilə bağlı fikirləri geniş yer alıb.

Bolqarıstanın ən böyük onlayn xəbər portalı olan “Novini”, eləcə də “Blitz”, “Actualno” nəşrləri dövlətimizin başçısının Azərbaycan-Rusiya münasibətləri, AZAL təyyarəsinin vurulması ilə bağlı fikirlərinə yer verib. Prezident İlham Əliyevin Rusiya ordusunun 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi, tarixi ərazilərimiz olan Qərbi Zəngəzurun Ermənistana verilməsi ilə Azərbaycanın iki yerə bölündüyü qeyd olunub.

Rumıniyanın “Adevarsıcuraj.ro” nəşri də Prezident İlham Əliyevin Azərbaycan-Rusiya münasibətləri ilə bağlı açıqlamalarına diqqət göstərib. Məqalədə Prezident İlham Əliyevin sovet Rusiyasının 1920-ci ildə Azərbaycanı işğal etməklə ölkəmizin demokratik respublika kimi inkişaf etməsinə mane olması, işğaldan çox keçmədən Qərbi Zəngəzuru Ermənistana verməsi ilə Naxçıvanın anklava çevrilməsi barədə fikirləri əksini tapıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Avqust 2025 23:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see133

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri