Icma.az
close
up
RU
Prezidentin fərdi təqaüdü Kimlərə verilir, neçə manatdır, ondan məhrum edilən bir nəfər kimdir? ARAŞDIRMA

Prezidentin fərdi təqaüdü Kimlərə verilir, neçə manatdır, ondan məhrum edilən bir nəfər kimdir? ARAŞDIRMA

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mətbuat tez-tez tanınmış şəxslərdən kimlərinsə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görüldüyünü yazır. Maraqlıdır, Prezidentin fərdi təqaüdü nə vaxtdan kimlərə verilir, onun məbləği nə qədərdir? Hazırda neçə nəfərə Prezidentin fərdi təqaüdü verilir?
Modern.az saytı bununla bağlı kiçik bir araşdırma aparıb.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü 2002-ci il iyul ayının 1-dən verilir.
Prezidentin fərdi təqaüdü dövlət başçısının 2002-ci il 11 iyun tarixli fərmanı ilə Azərbaycanın ədəbiyyat və incəsənət xadimlərinin, elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olmuş şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə təsis edilib.

500 nəfər üçün müəyyən edilən fərdi təqaüd Azərbaycan Prezidentinin qərarı ilə dövlət büdcəsi hesabına ömürlük verilir.

Sonuncu dəfə fərdi təqaüdün məbləği ölkə başçısının 13 yanvar 2023-cü il tarixli fərmanı ilə 1450 manatdan 1500 manata qaldırılıb.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği hazırda 1500 manat təşkil edir.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına görə, Prezidentin fərdi təqaüdü plastik bank kartları vasitəsi ilə yalnız nağdsız qaydada ödənilir.
DSMF-nin məlumatında Prezidentinin fərdi təqaüdünün nə vaxt dayandırldığına da aydınlıq gətirlib. Belə ki, təqaüd alan şəxs vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə onda ödəniş dayandırılır.
1 oktyabr 2024-cü il tarixinə olan rəsmi məlumata görə, Prezidentin fərdi təqaüdünə layiq görülmüş şəxslər arasında kişilər qadınlardan çoxdur. Belə ki, göstərilən tarixə kimi Prezidentin fərdi təqaüdünü alan şəxslərin 93-ü qadın, 241-i kişidir.
Müqayisə üçün qeyd edək ki, son illər Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alanların sayında azalma baş verib.
Belə ki, 2018-ci ildə 146 qadın, 268 kişiyə (ümumilikdə 414) Prezidentinin fərdi təqüdü verilirdi.
2022-ci ildə 96 qadın, 245 kişi (341 nəfər) fərdi təqaüd alırdı.
Yeri gəlmişkən, Prezidentin fərdi təqaüdü sonuncu dəfə ölkə başçısının 20 dekabr 2024-cü il tarixli sərəncamı ilə Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmliyə media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təyin edilib.
Fərdi təqaüdlə bağlı daha maraqlı fakt indiyə kimi bir nəfərin ondan məhrum edilməsilə bağlı rəsmi sərəncamın imzalanmasıdır.
Belə ki, 2002-ci ilin iyununda təqaüdə layiq görülən ilk 149 nəfərdən biri olan yazıçı Əkrəm Əylisli Prezidentin 2013-cü il 7 fevral tarixli sərəncamı ilə bu təqaüddən məhrum edilib. Buna səbəb olaraq "Böhtan dolu əsəri ilə Azərbaycan tarixini məqsədyönlü şəkildə təhrif edən Əkrəm Əylislinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edilməsi barədə ictimaiyyətin, o cümlədən Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş soydaşlarımızın çoxsaylı müraciətləri" göstərilib.
Ə.QAFARLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Dekabr 2024 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri