Icma.az
close
up
RU
Prezidentin Forum iştirakçıları ilə görüşü Azərbaycanın media sahəsində liderliyini göstərdi

Prezidentin Forum iştirakçıları ilə görüşü Azərbaycanın media sahəsində liderliyini göstərdi

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"3-cü Şuşa Qlobal Media Forumu Azərbaycan üçün mühüm siyasi və informasiya hadisəsidir. Bu Forum ölkədə və regionda informasiya suverenliyinin qorunması baxımından strateji imkan hesab edilir".

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında politoloq Tural İsmayılov 3-cü Şuşa Qlobal Media Forumunun keçirilməsinin əhəmiyyətindən və dünyaya verdiyi mesajlardan danışarkən deyib.

Politoloq qeyd edib ki, Prezidentin Xankəndidə Forum iştirakçıları ilə görüşməsi Azərbaycanın media sahəsində liderliyini göstərdi:

"Prezident İlham Əliyevin Xankəndidə Forum iştirakçıları ilə görüşməsi bir daha Azərbaycanın bu sahədə liderliyini göstərir. Dövlətimizin başçısı çıxışında dezinformasiyaya qarşı dövlətin prinsipial mövqeyini, informasiya təhlükəsizliyinin beynəlxalq gündəmdə ön plana çıxarılmasını xüsusi vurğuladı. Bildirdi ki, müasir dövrdə yanlış narrativlər və dezinformasiya dövlətlərin reputasiyasına, iqtisadi münasibətlərə və ictimai rəyə birbaşa təsir göstərir. Azərbaycanın informasiya siyasəti, xüsusilə Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Forumda müxtəlif xarici ölkələrdən gələn media və ekspertlərin iştirakı Azərbaycanın informasiya diplomatiyasında yeni mərhələyə qədəm qoyduğunu göstərdi. İştirakçılar regionda baş verən hadisələrlə bağlı ilk mənbədən obyektiv məlumatlar əldə etdilər".

O bildirib ki, Azərbaycan rəqəmsallaşma və texnoloji inteqrasiya sahəsində də ciddi addımlar atır:

"Forum süni intellektin informasiya məkanına təsirini, fakt yoxlama mexanizmlərinin təkmilləşdirilməsini gündəmə gətirdi. Postmünaqişə dövründə Azərbaycan informasiya məkanında səmərəli fəaliyyət göstərir. Media Forumu Qarabağın beynəlxalq informasiya axınında yenidən mərkəzə çevrilməsi meyli kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyevin Forumdakı çıxışında Azərbaycanın mövqeləri bir daha bəyan etdi".

Müasir beynəlxalq münasibətlərdə informasiya müharibələrinin, təsir məqsədli kampaniyaların önəmli yerə malik olduğunu söyləyən politoloq bildirib:

"Azərbaycan bu prosesdə reaktiv və proaktiv strategiyalar həyata keçirir. Forumun Xankəndidə keçirilməsi rəmzi baxımdan dövlətin real suverenlik gücünü aydın şəkildə təsdiqləyir. Xarici media nümayəndələri Azərbaycanın inkişafına və postmünaqişə dövründə quruculuq prosesinə şahidlik edirlər. Bu, ölkənin reputasiyasının beynəlxalq səviyyədə möhkəmləndirilməsinə xidmət göstərir”.

T.İsmayılov vurğulayıb ki, tədbir Azərbaycanın informasiya müstəvisində ictimai cəmiyyətləri bir araya gətirməkdə uğurlu platforma olduğunu nümayiş etdirdi:

"Forum həmçinin regional media siyasətinin və informasiya təhlükəsizliyinin təminində yeni model kimi çıxış edir. Həmçinin Azərbaycan Prezidentinin çıxışı Forumun nəticəsinin beynəlxalq mediada obyektiv informasiya axınının gücləndirilməsinə təkan verəcək. Rəqəmsal dövrün çağırışlarına uyğun olan bu platforma dünya mətbuatı üçün də yeni imkanlar açır. Beləliklə, Azərbaycan regionda və beynəlxalq aləmdə media və informasiya təhlükəsizliyi strategiyalarının icraçısı kimi çıxış edir. Şuşa Forumu informasiya sahəsində yeni əməkdaşlıq təşəbbüsləri və problemlərin birgə həll yolları barədə ətraflı fikir mübadiləsinə şərait yaratdı. Forum çərçivəsində informasiya axınında yeni yanaşmalar irəli sürüldü.

Analitik sonda əlavə edib ki, Azərbaycanın informasiya siyasəti regionun sabitliyinə və inkişafına töhfə verir:

"Azərbaycan beynəlxalq informasiya sistemində öz yerini və rolunu daha aydın şəkildə bəyan edir. Qlobal çağırışlar fonunda Azərbaycanın informasiya siyasəti regionun sabitliyinə və inkişafına töhfə verir. Forum yeni texnologiyaların informasiya təhlükəsizliyi və sosial proseslərə təsirinə dair vacib platforma oldu. Dövlətin informasiya suverenliyi və innovativ yanaşması Azərbaycanın gələcək üçün mövqeyini daha da gücləndirəcək. Forum Azərbaycanın dinamik inkişafı və medianın transformasiyası prosesində yeni müzakirələr və təkliflərlə yadda qaldı”, - deyə T.İsmayılov qeyd edib.

Mikayıl Mirzəzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 30 İyul 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see291

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see290

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see250

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see227

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see198

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see191

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see161

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see154

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see150

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see149

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see147

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see143

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri