Icma.az
close
up
RU
Prezidentin geri qaytardığı qanun qəbul edildi Hansı dəyişikliklər oldu?

Prezidentin geri qaytardığı qanun qəbul edildi Hansı dəyişikliklər oldu?

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Ölkə.az xəbər verir ki, İKT sahəsi üzrə ekspert Osman Gündüz sözügedən dəyişiklikləri şərh edib.

O əsas yenilikləri qeyd edib:

• Texnopark rezidentləri üçün müəyyən şərtlərlə 20 illik vergi və sosial sığorta güzəştləri nəzərdə tutulur.
• İri İT şirkətlərinin güzəştlərdən yararlanması yalnız ixrac göstəriciləri və ixrac gəlirlərinin ölkəyə daxil olması ilə şərtləndirilir. (Əvvəlki versiyada belə bir məhdudlaşma yox idi)
• Startaplara və vençur investisiyalarına yeni vergi təşviqləri tətbiq edilir.
• Frilanserlərin, rəqəmsal səyyahların və xarici İT mütəxəssislərinin fəaliyyəti üçün yeni hüquqi imkanlar yaradılır.
• İnnovativ məhsulların dövlət satınalmalarında iştirakı asanlaşdırılır, pilot layihələrin tətbiqi üçün mexanizmlər müəyyən edilir.
• Tədqiqat, innovasiya və yeni texnoloji məhsulların yaradılması üçün əlavə vergi təşviqləri nəzərdə tutulur.

Ekspertin sözlərinə görə, bu güzəştlər yerli ekosistemin inkişafının sürətləndirilməsi baxımından çox əhəmiyyətlidir: "Xüsusilə startapların dövlət satınalmalarına çıxışı, investorların təşviqi və iri şirkətlər üçün ixrac şərtləri sektorda yeni inkişaf imkanları aça bilər.

Dəyişikliklər böyük İT şirkətlərin də inkişafını stimullaşdıracaq, onların  dövlət sifarişlərindən asılılığını azaldacaq.

Bu dəyişikliklər həm də onların xarici bazarlara çıxışına, rəqabətqabiliyyətli texnoloji məhsullar yaratmasına və ölkəmizdə real əlavə dəyərin formalaşmasına ciddi stimul verəcək".

O. Gündüzün fikrincə, bu istiqamətdə dəyişikliklər xeyli gec reallaşıb: "İndi əsas məsələ qanunun necə tətbiq olunmasıdır. Xatırlayıram ki, əvvəllər güzəştlərdən yararlanan İT şirkətlərin texnopark rezidenti olaraq təsdiqi prosesi elə də şəffaf deyildi, qanunvericilikdə nəzərədə tutulan struktur formalaşmamışdı. Düşünürəm ki, güzəştlərin verilməsi şəffaf olmalı, nəticələri ölçülməli, dövlət dəstəyinin real iqtisadi faydası qiymətləndirilməlidir". 

Xatırladım ki, İT sektoruna geniş vergi və digər güzəştləri nəzərdə tutan qanun Prezident tərəfindən imzalanmadan yenidən baxılması üçün parlamentə qaytarılmışdı. Bu qanun Milli Məclis tərəfindən 14 iyulda qəbul edilmişdi. Bundan sonra Prezidentin köməkçisi Şahmar Mövsümov şəxsən parlamentdə iştirak edərək qanunun təkmilləşdirilmiş variantını təqdim etmişdi. 

Könül Vəliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 Oktyabr 2026 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see392

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see368

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see365

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see283

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see273

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see272

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see271

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see263

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see255

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see254

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see240

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see233

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see231

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see230

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see229

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see228

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see227

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see226

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see222

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri