Icma.az
close
up
RU
Prezidentin hər gün yediyi “şirin sirr” Sağlamlıq üçün gizlin faydalar KONKRET

Prezidentin hər gün yediyi “şirin sirr” Sağlamlıq üçün gizlin faydalar KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident İlham Əliyev “Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında çıxış edərkən balın həm şəxsi həyatında, həm də diplomatik münasibətlərdə xüsusi yer tutduğunu bildirib.

“Mən balınızı da təbliğ edirəm. Həm özüm hər gün yeyirəm, həm də xarici qonaqlara göndərirəm”, – deyə dövlət başçısı vurğulayıb.

Bu sözlər bir daha göstərir ki, Kəlbəcərin təmiz təbiətində istehsal olunan bal, təkcə ölkə daxilində deyil, həm də beynəlxalq miqyasda tanıdılan milli brendə çevrilə bilər. Qarabağın zəngin flora və faunası, xüsusilə də Kəlbəcərin dağ çiçəkləri balın keyfiyyətini və nadir dadını təmin edən əsas nüanslardandır.

KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, ekspertlər hesab edir ki, Azərbaycan balının ixrac potensialı olduqca yüksəkdir. Çünki təbii və ekoloji təmiz məhsullar dünya bazarında hər zaman böyük maraq doğurur.

Balın faydaları – təbiətin möcüzəsi

Bal qədim dövrlərdən “şirin dərman” kimi tanınıb. Həkimlər hər zaman qeyd edir ki, bu məhsulun faydaları çoxşaxəlidir. Belə ki, bal immuniteti gücləndirir, soyuqdəymə və qripin qarşısını alır, sinir sistemini sakitləşdirir, yuxu rejimini normallaşdırır, qaraciyər və mədə-bağırsaq fəaliyyətini yaxşılaşdırır. Bununla yanaşı, baldan dəri üçün təbii maska və müalicəvi vasitə kimi də istifadə olunur. Eyni zamanda bu əvəzolunmaz məhsul idmançılar və aktiv həyat tərzi sürənlər üçün təbii enerji mənbəyi hesab olunur.

Maraqlıdır ki, alimlər balın tərkibində 300-dən çox faydalı maddə aşkar ediblər. Ona görə də bal həm qida, həm də dərman kimi dəyərləndirilir.

Azərbaycanın dağlıq bölgələrində, xüsusən də Kəlbəcərdə arıçılıq təsərrüfatlarının inkişafı ölkənin kənd təsərrüfatı sektorunda yeni mərhələ açır. Bu sahənin dəstəklənməsi ilə həm kənd yerlərində məşğulluq artır, həm də “Made in Azerbaijan” brendi daha geniş tanınır.

Prezidentin sözləri bir daha göstərir ki, Kəlbəcər balı artıq sadəcə kənd məhsulu deyil, Azərbaycanın təbiətinin və zəhmətkeş insanlarının dünyaya təqdim etdiyi nadir sərvətdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 Avqust 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see162

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see152

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri