Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

Prezidentin milli varlıq düsturu: Dil dövlətçiliyin mənəvi sərhədidir

Prezidentin milli varlıq düsturu: Dil dövlətçiliyin mənəvi sərhədidir

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi son müsahibədə ölkənin inkişaf strategiyasında mühüm yer tutan prioritet məsələlərlə yanaşı, elmin inkişafının vacibliyini də xüsusi olaraq önə çəkib. Dövlət başçısı qeyd edib ki, elmi tərəqqiyə nail olmaq üçün elmi işçilərin məşğulluğunu təmin etməklə yanaşı, bu sahədə sistemli və dərin islahatların aparılması zəruridir.

Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva qeyd edib ki, Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə təkcə hesabat xarakterli deyil, keçilən yolun dərin analitik təhlili və Azərbaycanın uzunmüddətli inkişaf və milli təhlükəsizlik strategiyasının konseptual təqdimatı idi.

“Dövlət başçısı bu müsahibədə iki əsas xətti – dil, milli kimlik, dövlətçilik və elm və təhsil, insan kapitalı, dayanıqlı inkişaf ardıcıllığını bir-birini tamamlayan milli təhlükəsizlik sütunları kimi təqdim etdi. Həmçinin, Prezidentin çıxışında dil məsələsi xüsusi strateji məna daşıyırdı.

Dil sadəcə ünsiyyət vasitəsi deyil, milləti millət edən, dövlətçiliyi ayaqda saxlayan əsas dəyərdir. Bayraq, gerb və himn kimi dövlət atributları sırasında dilin xüsusi yer tutması təsadüfi deyil. Mesaj aydındır: dil zəifləyərsə milli kimlik sarsılar, milli kimlik sarsılarsa dövlətçilik təhlükə altına düşər.

Bu yanaşma tarixi təcrübədən qaynaqlanan ciddi xəbərdarlıqdır. Azərbaycan xalqının əsrlər boyu müxtəlif imperiyaların tərkibində yaşaması müəyyən müstəmləkəçilik psixologiyası formalaşdırıb və bu təsirlər hələ də tam aradan qalxmayıb. Dilin qorunması məhz bu psixoloji asılılığa qarşı ən güclü müqavimət vasitəsidir. Nəsillər dəyişdikcə bu yük zəifləsə də, proses öz-özünə baş vermir. Dil burada özünüdərk və özünütəsdiqin əsas ifadə formasıdır”.

Millət vəkili eyni zamanda Prezident İlham Əliyevin Azərbaycan dilinin tarixi davamlılığını xüsusi vurğuladığına da diqqət çəkib:

“Bugünkü Azərbaycan dili mahiyyət etibarilə ulu babalarımızın danışdığı dildən köklü şəkildə fərqlənmir. Bu fakt xalqımızın mədəni davamlılığının və mənəvi müqavimətinin göstəricisidir. Güclü xarici təsirlərə baxmayaraq, dilimiz assimilyasiyaya uğramayıb. Tofiq Hacıyevin “Dədə Qorqudun dili xarici nəfəsin toxunmadığı bakirə dildir” fikri bu həqiqəti dəqiq ifadə edir.

Eyni zamanda, “xarici və yersiz sözlərin” yaratdığı təhlükə Prezident tərəfindən “səssiz aşınma” kimi xarakterizə olundu. Xarici sözlər dili zənginləşdirmir, əksinə, damcı-damcı milli kimliyi sarsıdır. Xarici söz işlətmək insanı daha savadlı etmir. Təhlükə ani deyil, yavaş və çox vaxt görünməzdir, lakin nəticəsi strateji xarakter daşıyır”.

Deputat həmçinin vurğulayıb ki, xarici dillərin öyrənilməsi müsbət və zəruri haldır:

“Ancaq bu, ana dilinin hesabına olmamalıdır. Xarici dillər funksional alətdir, ana dili isə kimlik və dövlətçilik daşıyıcısıdır. Multidillilik milli dili kölgədə qoymamalıdır.

Dünyada 50 milyondan çox azərbaycanlının yaşaması Azərbaycan dilinin regional deyil, qlobal potensiala malik olduğunu göstərir. Bu dil sərhədləri aşaraq milyonlarla soydaşımızı birləşdirən milli birlik atributudur. Zəngin, melodik və geniş ifadə imkanlarına malik olan Azərbaycan dili heç bir başqa dilin kölgəsində qala bilməz.

Prezident açıq şəkildə bəyan etdi ki, Azərbaycan dilinin əsas qoruyucusu Azərbaycan dövlətidir. Bu, yalnız mədəni deyil, eyni zamanda siyasi məsuliyyətdir. Xaricdə yaşayan azərbaycanlıların dil problemləri də dövlətin diqqət mərkəzindədir və onlayn Azərbaycan dili məktəblərinin yaradılması bu strategiyanın praktik mexanizmlərindən biridir. Dil siyasəti dövlət siyasətinin ayrılmaz hissəsidir.

Bu prosesdə efir məkanında fəaliyyət göstərən jurnalistlərin, eləcə də ziyalıların, yazıçı və şairlərin üzərinə xüsusi məsuliyyət düşür. Dil uğrunda mübarizə fərdi deyil, ictimai məsuliyyətdir”.

M.Vəliyeva onu da nəzərə çatdırıb ki, Prezidentin elm və təhsil sahəsi ilə bağlı mesajları dil məsələsinin məntiqi davamı kimi səslənib:

“Elm və təhsil dövlətin uzunmüddətli inkişafını müəyyən edən əsas faktorlardır. İnkişaf neft və qazla deyil, bilik və zəka ilə mümkündür. Enerji resursları müvəqqətidir, insan kapitalı isə qalıcıdır.

Prezident İlham Əliyevin vurğuladığı əsas fikir ondan ibarətdir ki, elmin inkişafı mövcud strukturların sadəcə saxlanılması ilə deyil, dərin və sistemli islahatlarla mümkündür. Bu islahatlar elmi strukturun nəticəyönümlü olmasına, elmin ali təhsillə inteqrasiyasına, tədqiqatların real ehtiyaclara və milli prioritetlərə uyğunlaşdırılmasına yönəlməlidir.

Söhbət elmi idarəetmənin təkmilləşdirilməsindən, maliyyələşdirmənin səmərəliləşdirilməsindən, elmi nəticələrin kommersiyalaşdırılmasından və gənc tədqiqatçıların elmə cəlbi üçün yeni stimulların yaradılmasından gedir. Ali təhsil müəssisələrində elmi-tədqiqat mühitinin gücləndirilməsi, universitet–elm–istehsal əlaqələrinin qurulması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi də bu yanaşmanın əsas tərkib hissələridir”.

Deputat eyni zamanda əlavə edib ki, islahatlar tədris proqramlarının məzmununu da əhatə etməlidir:

“Proqramlar tənqidi düşünmə, praktik bacarıqlar, innovasiya və rəqəmsal səriştələrin formalaşdırılmasına yönəlməlidir. Müəllimlərin peşəkar inkişafı bu prosesin ayrılmaz hissəsidir.

Elm və Təhsil Nazirliyinin yaradılması strateji əhəmiyyət daşıyan qərardır. Elm ali təhsillə inteqrasiya olunmuş şəkildə inkişaf etməli, bu da Azərbaycanın post-neft dövrünə sistemli hazırlığının başladığını göstərir”.

M.Vəliyeva qeyd edib ki, Prezident struktur və kadr islahatlarının qaçılmaz olduğunu açıq şəkildə ifadə edib:

“Elmi institutların optimallaşdırılması, gəncləşmə və nəticəyönümlü fəaliyyət əsas prioritet kimi təqdim olundu. “Məqsəd iş yeri saxlamaq deyil, real elmi nəticə əldə etməkdir” fikri elm sahəsində yeni yanaşmanın formalaşdığını göstərir. Elmi fəaliyyət beynəlxalq meyarlarla qiymətləndirilməli, keyfiyyət əsas ölçü olmalıdır.

Gənclər və insan kapitalı dövlət strategiyasının mərkəzində dayanır. Xaricdə təhsil alıb ölkəyə qayıdan gənclər və “Yüksəliş” proqramının iştirakçıları bu strategiyanın real nəticələridir”.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin müsahibəsində səsləndirilən əsas mesaj aydın olmaqla yanaşı, konseptual xarakter daşıyır:

“Dil və təhsil milli varlığın iki əsas müdafiə xəttidir.

Dil kimliyi qoruyur, təhsil gələcəyi təmin edir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:236
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Yanvar 2026 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see300

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see268

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see267

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see249

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see242

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see229

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see225

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see224

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see216

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see213

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see212

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see203

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see196

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see188

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see184

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see175

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see174

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see174

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

10 Noyabr 2026 05:25see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri