Prezidentin nümayəndəsi: COP31 də elektrikləşmənin sürətləndirilməsi əsas məsələlərdən biri olacaq
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 7 sentyabr, AZƏRTAC
Elektrikləşmənin sürətləndirilməsi enerji keçidinin əsas istiqamətlərindən biridir və bu məsələ COP31 çərçivəsində də diqqət mərkəzində olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev “Qlobal enerji keçidi üçün elektrikləşmənin miqyasının genişləndirilməsi” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.
M.Babayev bildirib ki, enerji keçidinin sürətləndirilməsi üçün elektrikləşmə ilə yanaşı, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və enerji səmərəliliyinin artırılması mühüm əhəmiyyət daşıyır.
O qeyd edib ki, COP29-da əldə olunan razılaşmaların icrası və onların növbəti mərhələdə konkret fəaliyyətə çevrilməsi COP31-in əsas istiqamətlərindən biri olacaq.
M.Babayev vurğulayıb ki, bu baxımdan ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və enerji keçidinin maliyyələşdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Müxbir - Pərvanə Qafarova
Fotoqraf - İlkin Cavanşirov
Operator - Şövqi Əzizov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 07 Sentyabr 2026 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















