Icma.az
close
up
RU
Prezidentin rektor təyin etdiyi İsayev kimdir? Dosye

Prezidentin rektor təyin etdiyi İsayev kimdir? Dosye

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Elbrus Saleh oğlu İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib.

Ölkə.az Axar.az-a istinadən xəbər verir ki, E.İsayev 7 oktyabr 1979-cu ildə Naxçıvan MR, Babək rayon Məzrə kəndində anadan olub.

Orta təhsilini Naxçıvan şəhər 11 saylı orta məktəbdə alıb. 2000-ci ildə Naxçıvan Dövlət Universitetinin Tarix filologiya fakültəsinin tarix ixtisasını, 2002 –ci ildə isə həmin universitetin magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib, Heydər Əliyev adına təqaüdə layiq görülüb.

2001-ci ildə təhsil sahəsində uğurlara görə “İlin ən yaxşı gənci” müsabiqəsinin qalibi olub. 2000-2004-cü illərdə Naxçıvan şəhər 11 saylı orta məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərib. 2002-2008-ci illərdə Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışıb.

2008-ci ildən Naxçıvan Dövlət Universiteti “Beynəlxalq münasibətlər” kafedrasının dosentidir. 2008-2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin Magistratura üzrə dekanı vəzifəsində çalışıb, 2013-2014-cü illərdə “Naxçıvan” Universitetinin “Humanitar Elmlər” kafedrasının müdiri işləyib.

2014-2018-ci tədris illərində “Naxçıvan” Universiteti “İdarəetmə” fakültəsinin dekanı vəzifəsində çalışıb, eyni zamanda həmin Universitetin “Beynəlxalq münasibətlər” kafedrası­nın dosenti olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 avqust 2018-ci il tarixli sərəncamı ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru təyin edilib, 3 dekabr 2019-cu ilədək instituta rəhbərlik edib. Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2019-cu il tarixli sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib.

2006-cı ildə “Böyük İpək yolu və Naxçıvan” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.

1998-2001 –ci illərdə Naxçıvan Dövlət Universiteti Gənclər Təşkilatının sədri, 2001-2008-ci illərdə isə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb. 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ixtisasartırma kursu keçib. Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio verilişləri Komitəsində ictimai-siyasi şöbənin redaktoru kimi fəaliyyət göstərib, 50-dən artıq tarixi-siyasi və sənədli televiziya verlişlərinin müəllifidir.

Əsas tədqiqat sahəsi beynəlxalq mədəni-iqtisadi və diplomatik əlaqələrin tarixidir. ABŞ, Cənubi Koreya, Malaziya, Almaniya, Portuqaliya, Rusiya, Gürcüsan, Türkiyə, Türkmənistan və İranda keçirilən bir sıra beynəlxalq simpozium və konfranslarda iştirak edib, ingilis, rus, alman, fars, türk, türkmən və Koreya dillərində elmi əsərləri çap olunub.

Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 Dekabr 2024 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Aşqabad xəttinin güclənməsi regional əməkdaşlığın dərinləşməsinə xidmət edir

23 İyun 2026 11:01see446

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see226

Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib

24 İyun 2026 00:19see201

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see187

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see186

Prezident ona yüksək vəzifə verdi

23 İyun 2026 12:38see185

ABŞ dan İran millisinə xoş xəbər

24 İyun 2026 01:30see182

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see181

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see180

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see180

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see179

İngiltərə Qana: Heyətlər

23 İyun 2026 22:58see177

Uzunömürlülüyə problem kimi yanaşmaq düzgün deyil

23 İyun 2026 20:31see172

Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb

23 İyun 2026 17:06see171

Üç dəqiqəyə bitişən sümük: təbiətdən ilham alan Çin texnologiyası

23 İyun 2026 20:13see171

Qarabağ Universitetinin tələbəsi Xankəndidə qəzaya düşdü

24 İyun 2026 02:47see171

Pezeşkiandan Şərifə: Biz buna hazırıq!

24 İyun 2026 00:51see166

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see165

Rusiya ordusu Krımıdan çıxır

23 İyun 2026 18:26see165

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri