Prezidentin səfir təyin etdiyi keçmiş ANS çi... DOSYE
Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı Nərminə Elsevər qızı Mustafayeva Azərbaycanın Latviyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.
"Bakupost" xəbər verir ki, Nərminə Mustafayeva Naxçıvan şəhərində anadan olub.
Bakalavr təhsilini Azərbaycan Dövlət Dillər Universitetində alan Nərminə Mustafayeva ABŞ-ın Virciniya ştatındakı Old Dominion Universitetində Beynəlxalq biliklər üzrə magistr dərəcəsi əldə edib.
O, kariyerasının ilk illərində 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində ANS televiziyasında müxbir kimi çalışıb, eyni zamanda “Xəbərçi” proqramının aparıcısı olub.
Nərminə Rüstəmova ad-soyadı ilə tanınan telejurnalist sonralar Prezident Administrasiyasının Protokol xidmətində çalışıb.
O, ailə qurduqdan sonra Mustafayeva soyadını götürüb.
Nərminə Mustafayeva 2016-2020-cı illərdə Azərbaycan Respublikasının İstanbulda baş konsulu vəzifəsini tutub.
O, Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 2018-ci ildə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.
Evlidir, üç övladı var.
İngilis, rus və türk dillərini bilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 12 Avqust 2026 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















