Icma.az
close
up
RU
Prezidentin sərəncamı GDU rəhbərliyi və kollektivi tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır

Prezidentin sərəncamı GDU rəhbərliyi və kollektivi tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün ölkəmiz təkcə regionda deyil, dünya miqyasında lider dövlətlərdən birinə çevrilmişdir. Digər sahələrlə yanaşı, elmi-texniki potensialın qorunub saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahələrində yüksəkixtisaslı kadrların hazırlanması, cəmiyyətdə ziyalı təbəqəsinin nüfuzunun artırılması istiqamətində çox mühüm qərarlar verilmişdir.

Son illər dövlət başçısı Cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən birini idarəetmə sisteminin optimallaşdırılması, şəffaflığın artırılması, yeni idarəetmə mexanizmlərinin tətbiqi və kadrlardan daha səmərəli istifadə edilməsi kimi kompleks yeniliklər təşkil edir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması haqqında Prezidentin 04 aprel 2025-ci il tarixli Sərəncamı ilə 4 elmi müəssisənin Gəncə Dövlət Universitetinin tabeliyinə verilməsi elmin inkişaf strategiyasına və milli prioritetlərinə, eləcə də elmi nailiyyətlərin yüksəlməsinə xidmət edəcəkdir.

Prezidentimizin Sərəncamı ilə Ekologiya və Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu və Aqrar Problemlər İnstitutunun, eləcə də Nəbatat Bağının ali təhsil ocağının tabeliyinə verilməsi GDU-nun elmi əlaqələrini daha da gücləndirəcək və Azərbaycan elminin inkişafına önəmli töhfələrini verəcəkdir.

Ölkəmizdə təhsil və elm sahəsində yaradılan imkanlardan bəhrələnərək Gəncə Dövlət Universitetində son illərdə infrastrukturun müasirləşdirilməsi, ali məktəbin maddi-texniki bazasının zənginləşdirilməsi, tədrisin keyfiyyətinin daha da artırılması və elmi araşdırmaların beynəlxalq rəqabətliliyinin yüksəldilməsi istiqamətində səmərəli işlər həyata keçirilir. Böyük elmi nailiyyətləri olan bu universitet doğma Azərbaycanımız, eləcə də dünya elminin inkişafı üçün yüksək ixtisaslı kadrlar yetişdirir. Dövlət başçısı Cənab İlham Əliyevin böyük etimadı qarşıya yeni və məsuliyyətli vəzifələr qoyur. Mühüm tarixi əhəmiyyətə malik Sərəncamın imzalanması bütün kollektiv tərəfindən böyük ruh yüksəkliyi, qürur və minnətdarlıq hissi ilə qarşılanır, onları yeni elmi nailiyyətlər əldə etməyə ruhlandırır.

Elm müəssisələrinin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılmasına geniş imkanlar açan Sərəncama görə GDU rəhbərliyi və kollektivi adından Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə öz dərin minnətdarlığımızı bildirir, dövlət başçısının siyasi kursunu, atdığı məqsədyönlü addımları daim dəstəkləyir, doğma Azərbaycanımızın daha da qüdrətli dövlət olması və inkişafı naminə apardığı möhtəşəm işlərdə yeni-yeni uğurlar arzulayırıq.

Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri adından dərin hörmət və ehtiramla,

Gəncə Dövlət Universitetinin rektoru,

Yusif Yusibov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Aprel 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri