Icma.az
close
up
RU
Prezidentin şəxsi nüfuzu qlobal şirkətləri əməkdaşlığa cəlb edir ANALİZ

Prezidentin şəxsi nüfuzu qlobal şirkətləri əməkdaşlığa cəlb edir ANALİZ

Icma.az, Sherg.az saytına istinadən bildirir.

 Vüqar Bayramov: Görüşlərin qarşı tərəfin təşəbbüsü ilə baş tutması qürurvericidir


Azərbaycanın güclü liderə sahib olması beynəlxalq marağı artırır


Nyu-Yorkda keçirilən görüşlər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın alternativ investisiyalar sahəsində ən nüfuzlu maliyyə qurumlarının rəhbərləri ilə danışıqlar aparıb.

Dövlət başçısı “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətt, “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru Corc Volker və “Blackstone” şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey ilə görüşüb. Bu şirkətlər dünyanın ən böyük idarəedici maliyyə qurumları sırasında qərarlaşıb və qlobal miqyasda yüz milyardlarla dollarlıq aktivləri idarə edir. Görüşlərin hər üçü qarşı tərəfin təşəbbüsü ilə baş tutub. Bu isə Azərbaycanın iqtisadi inkişafına, investisiya mühitinə və yeni tərəfdaşlıq imkanlarına artan beynəlxalq marağın göstəricisi kimi dəyərləndirilir.


Mütəxəssislərin fikrincə, belə əlaqələr Azərbaycanın maliyyə və investisiya cəlbediciliyini artırır, qlobal bazarlara inteqrasiyasını gücləndirir, ölkəyə yeni kapital və texnologiyaların cəlb olunmasına şərait yaradır.

Nyu-Yorkdakı bu görüşlər Azərbaycanın iqtisadiyyatını təkcə regional deyil, həm də qlobal investisiya mərkəzləri üçün strateji tərəfdaş kimi təqdim edir.


Milli Məclisin deputatı Vüqar Bayramov Sherg.az-a bildirib ki, bütövlükdə biz həm ölkə daxilində, həm də kənarda keçirilən əksər beynəlxalq toplantılarda aparıcı şirkət rəhbərlərinin Azərbaycan Prezidentinin görüşlərini məhz onların müraciəti əsasında keçirdiyini müşahidə edirik:


"Bu, bir tərəfdən Prezidentin şəxsi nüfuzunu, digər tərəfdən isə Azərbaycanın gücünü göstərir. Ümumiyyətlə Azərbaycan Prezidentinin qəbul etdiyi qərarlar və müəyyənləşdirdiyi strategiya regionda yeni düzən formalaşdırıb. Onun rəhbərliyi nəticəsində Azərbaycan təkcə regionda deyil, həm də beynəlxalq mövzularda qərarların qəbuluna təsir imkanlarına sahibdir. Bu, Azərbaycanın güclü liderə və uzaqgörən dövlət rəhbərinə malik olduğunu bir daha sübut edir. Belə görüşlərin qarşı tərəfin müraciəti əsasında baş tutması isə qürurvericidir və Azərbaycanın beynəlxalq nüfuzuna olan münasibəti bir daha ortaya qoyur. Eyni zamanda, bu əməkdaşlıq Azərbaycan üçün çox önəmlidir. Çünki "Brookfield Asset Management" dünyanın ən böyük şirkətlərindən biridir. Belə şirkətlərlə əməkdaşlığın qurulması qeyri-neft sektoruna sərmayələrin cəlb olunmasına imkan yaradır və bunu təşviq edir. Nəticə etibarilə, bu cür əməkdaşlıqlar Azərbaycanın iqtisadiyyatına daha çox sərmayənin gətirilməsi, beynəlxalq iqtisadi əlaqələrin güclənməsi baxımından mühüm əhəmiyyət kəsb edir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Sentyabr 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see154

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri