Icma.az
close
up
RU
Prezidentin siyasəti sülhə, qarşılıqlı əməkdaşlığa və inteqrasiyaya əsaslanır Deputat

Prezidentin siyasəti sülhə, qarşılıqlı əməkdaşlığa və inteqrasiyaya əsaslanır Deputat

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"ADA Universitetində keçirilən Beynəlxalq Forumda Azərbaycanın Prezidenti bir sıra mühüm məsələlərə toxundu. Dövlət başçısı mümkün yeni dünya nizamında bu nizamı təyin edən qlobal aktorlarla Azərbaycanın münasibətini şərh etdi".

Bu barədə 525.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, əslində dövlət başçısı yeni dünya nizamının hansı paradiqmalar üzərində qurulacağı və beynəlxalq münasibətlər sisteminə nəyi gətirəcəyi ilə bağlı olan mühüm məsələləri Azərbaycanın milli maraqları konteksti ilə şərh etdi:

“Prezident İlham Əliyev bu kontekstdə ABŞ, Almaniya, İsrail, Türkiyə, İran, Rusiya, Fransa və sair kimi ölkələrlə Azərbaycanın münasibətlərinə toxunaraq hazırda bu münasibətlər kontekstində regionumuzda mümkün yeni nizamın hansı şəkildə formalaşması ilə bağlı fikirlərini səsləndirdi. Bəlli oldu ki, Azərbaycan beynəlxalq münasibətlərin kifayət qədər nüfuzlu aktorudur. Azərbaycan Prezidentinin siyasəti sülhə, qarşılıqlı əməkdaşlığa və inteqrasiyaya əsaslanır. Bu kontekstdə dövlət başçısı çox maraqlı nümunə təqdim edərək regional aktorlarla müttəfiqlərimiz və dostlarımız arasında olan münasibətlərin yaxşılaşmasında və inkişaf etməsində mühüm vasitəçilik rolu oynadığını bildirdi. Türkiyə-İsrail münasibətlərinin yaxşılaşmasını buna nümunə göstərdi və bəlli oldu ki, Azərbaycan bundan sonrakı mərhələdə də eyni mövqedən çıxış edəcəkdir. Düşünürəm ki, bu, regional sabitlik üçün geniş mənada Yaxın Şərqdən Orta Asiyaya qədər uzanan böyük coğrafiyada sabitliyin təmin olunması üçün mühüm mövqedir. Çünki Azərbaycan bu regionun mühüm aktorlarından biridir".

Deputat əlavə edib ki, ən çox maraq doğuran məsələlərdən biri Ermənistanla Azərbaycan arasında mümkün sülhlə bağlı məsələlərdir ki, Prezident bunu da şərh etdi və çox doğru təsbitlər dilə gətirdi:

“Dövlət başçısı qeyd etdi ki, Ermənistanda Azərbaycana münasibətdə hər hansı bir siyasi cərəyanın liberal, yaxud konstruktiv mövqeyi yox, sadəcə revanşistləri iki yerə bölmək olar. Bunlar radikal revanşistlər  aktiv və passiv revanşistlərdir. Bu isə onu göstərdi ki, Ermənistan və Azərbaycan arasında problemlər sülh müqaviləsi imzalansa belə bir gündə həll olunmayacaq. Azərbaycan Prezidenti bunu çox aydın ifadə edərək dedi ki, biz sülh müqaviləsi imzalasaq belə, bir gündə Ermənistan və Azərbaycan dost ölkələr olmayacaq. İmzalanması nəzərdə tutulan mümkün sülh müqaviləsi, şübhəsiz ki, müəyyən inteqrasiya və iqtisadi əlaqələri ilkin mərhələdə fürsətlər yarada bilər. Amma nə qədər ki erməni cəmiyyətində azərbaycanlılara qarşı etnik nifrət var, Azərbaycana qarşı ürəklərində ərazi iddiası ilə gəzirlərsə, bir o qədər də Ermənistan-Azərbaycan münasibətləri normal münasibətlər hesab edilə bilməyəcək. Düşünürəm ki, bu, sadəcə bir mövqe deyil, həm də çağırış idi. Hansı vəziyyətdə və Ermənistana münasibətdə hansı mövqedə olmağımızla bağlı obyektiv dəyərləndirmə idi.

Bütövlükdə isə Azərbaycan Prezidentinin ADA-da keçirilən Beynəlxalq Forumda səsləndirdiyi fikirlər konseptual fikirlər idi. Dünya nizamının gələcəyini və bu nizamda Azərbaycanın yerinin də rolunun necə müəyyənləşəcəyinə həsr edilmişdi".

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Aprel 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri