Icma.az
close
up
RU
Prezidentin turizm strategiyası: Sabitlikdən qlobal brendə doğru

Prezidentin turizm strategiyası: Sabitlikdən qlobal brendə doğru

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın turizm sənayesi son illərdə dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi fundamental transformasiya dövrünü yaşayır. Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziyalara verdiyi geniş müsahibəsində səsləndirdiyi fikirlər bu sahəyə göstərilən ali diqqətin və strateji baxışın bariz nümunəsidir. Dövlət başçısı turizmi sadəcə iqtisadi gəlir mənbəyi deyil, ölkənin qlobal nüfuzunun, sabitliyinin və mədəni zənginliyinin təqdimat platforması kimi dəyərləndirir.

Prezident müsahibəsində xüsusi vurğuladı ki, turizmin inkişafı üçün infrastrukturdan öncə təhlükəsizlik və sabitlik gəlir. Dünyanın müxtəlif nöqtələrində münaqişələrin alovlandığı bir vaxtda Azərbaycanın ən təhlükəsiz məkanlardan biri olması turistlər üçün həlledici amildir. Ölkəmizin coğrafi mövqeyi – Avropa və Asiyanın qovşağında yerləşməsi, habelə doqquz iqlim tipinin mövcudluğu Azərbaycana ilin bütün fəsillərində turizm xidməti təklif etmək imkanı verir.

Dövlət başçısının qeyd etdiyi kimi, COVID-19 pandemiyasından əvvəlki rekord göstəricilər artıq bərpa olunmaqdadır. 2025-ci ilin statistikası da bunu təsdiqləyir: ölkəyə gələn əcnəbilərin sayı 2,3 milyon nəfərə çatıb, gecələmələrin sayı isə 7,2 milyonu ötüb. Bu artım templəri yaxın gələcəkdə turist sayını 5-6 milyona çatdırmaq hədəfinin tamamilə real olduğunu göstərir.

İşğaldan azad edilmiş ərazilər Azərbaycan turizminin gələcək inkişaf drayverləridir. Prezident İlham Əliyev bu əraziləri "təbii cənnət" adlandıraraq, orada turizmin inkişafının prioritet olduğunu bildirdi. Artıq Şuşada və Laçında müasir hotellər fəaliyyət göstərir, Zəngilanda və Kəlbəcərdə yeni infrastruktur layihələri sürətlə icra olunur.

Xüsusilə Kəlbəcər Dağ Turizm Mərkəzi layihəsi diqqət çəkir. İki fazalı layihə çərçivəsində 3 kanat yolunun istifadəyə verilməsi planlaşdırılır ki, bu da regionun beynəlxalq dağ-xizək turizmi xəritəsinə daxil olmasını təmin edəcək. Bu ərazilərə beynəlxalq səyyahların artan marağı göstərir ki, "Böyük Qayıdış" proqramı həm də böyük turizm axını deməkdir.

Azərbaycan artıq regionun qış turizmi mərkəzinə çevrilib. Şahdağ Turizm Kompleksi 37 xizək yamacı və 45 km uzunluğundakı trasları ilə təkcə yerli deyil, xarici turistlərin də sevimli məkanıdır. 2025-ci ildə bu kompleksin 300 mindən çox ziyarətçi qəbul etməsi sahəyə qoyulan investisiyaların bəhrəsidir. Tufandağ kompleksi isə Qəbələnin turizm potensialını tamamlayaraq, yüksək səviyyəli xidmət təklif edir.

Prezident müsahibəsində mühüm bir yeniliyi də anons etdi: Şahdağda ilk dəfə olaraq Xizəksürmə üzrə Dünya Çempionatı keçiriləcək. Bu cür mötəbər tədbirlər, eləcə də on ildir keçirilən Formula 1 yarışları ölkəyə yarım milyardlıq auditoriya qarşısında böyük reklam qazandırır.

Azərbaycanın turizm arsenalında "Sea Breeze" layihəsi öz miqyasına görə bənzərsizdir. Prezident müsahibəsində bu layihəni xüsusi qeyd edərək bildirdi ki, onun dünyada oxşarı yoxdur. 6,5 km-lik sahil xəttini əhatə edən, 40-dan çox binası, beynəlxalq brendləri və məşhur "Dream Fest" musiqi festivalı ilə bu kompleks Bakını dünyanın lüks istirahət mərkəzləri sırasına qaldırır. Layihəyə yatırılan milyardlarla dollarlıq investisiya və yaradılan minlərlə yeni iş yeri turizmin qeyri-neft sektorunda oynadığı strateji rolu sübut edir.

Dövlət başçısı prosesləri şəxsən izləyir və hər bir layihənin icrasına nəzarət edir. 2025-ci ildə sahəyə yönəldilən 349 milyon manat investisiya və 6,4 min yeni iş yeri bu dinamikanın göstəricisidir. Hava əlaqələrinin genişləndirilməsi, doqquz beynəlxalq hava limanının effektiv istifadəsi və azad edilmiş torpaqların turizm dövriyyəsinə tam cəlb edilməsi Azərbaycanı yaxın illərdə dünyanın ən cəlbedici turizm destinasiyalarından birinə çevirəcək.

Prezidentin vurğuladığı kimi, "Turizm sahəsində planlar çoxdur və onların həyata keçirilməsi üçün həm iradə, həm də imkanlar mövcuddur".

Modern Təhlil və Araşdırma Qrupu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:258
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Yanvar 2026 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri