Icma.az
close
up
RU
Prezidentin Türkmənistana səfəri zamanı bu məsələlərin aktuallığı bir daha vurğulandı Deputat

Prezidentin Türkmənistana səfəri zamanı bu məsələlərin aktuallığı bir daha vurğulandı Deputat

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan Prezidenti çıxışlarının birində qeyd etmişdi: "Bizim ailəmiz Türk dünyasıdır. Çünki başqa ailəmiz yoxdur”. Əslində, bu ailənin formalaşması birbaşa Azərbaycan Prezidentinin təşəbbüsü ilə bağlıdır”. 
Bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu Demokrat.az-a açıqlamasında deyib.
O əlavə edib ki, bütün bu hallarda Azərbaycanın coğrafi mövqeyi önə çıxır:
“2009-cu ildə Naxçıvanda Türk dilli dövlətlərin əməkdaşlıq təşkilatının yaradılması və 2021-ci ildə bu təşkilatın Türk Dövlətləri Təşkilatına çevrilməsi Azərbaycanın xarici siyasətində Türk dövlətləri ilə əməkdaşlığın əsas prioritetlərdən biri kimi müəyyənləşdirildiyini göstərdi.
Hazırda bu istiqamətdə atılan addımlar ortaq etnik kök, ortaq mədəniyyət, ortaq tarixi-coğrafi ənənələr üzərində qurularaq daha da dərinləşdirilir. Şübhəsiz ki, dövlətlərarası münasibətlər ilk növbədə iqtisadi maraqlara, daha sonra siyasi-strateji və mədəni-tarixi bağlılıqlara əsaslanır. Bu baxımdan Azərbaycan Prezidentinin həyata keçirdiyi xarici siyasət göstərir ki, tarixi olaraq bizə aid olan coğrafiyada mövcud resursların istismarı və müstəqil Türk dövlətlərinin milli maraqları çərçivəsində reallaşdırılması dövrün tələblərindəndir”.
Deputat diqqətə çatdırıb ki, Türküstan coğrafiyasından Avropaya gedən yol məhz Azərbaycan üzərindən keçir:
“Azərbaycan vaxtında kommunikasiya layihələri həyata keçirdi, Bakı–Tbilisi–Qars dəmir yolunu inkişaf etdirdi, Bakı limanını genişləndirdi, Cənub Qaz Dəhlizi layihəsini uğurla icra etdi. Nəticədə transadriatik qaz dəhlizi ilə Avropaya çıxışı təmin etdi.  Zəngəzur dəhlizi də bu imkanlar çərçivəsində tamamilə yeni bir fürsət yaradır. Bu iqtisadi potensialın reallaşması üçün Azərbaycan bir daha təşəbbüskarlıq göstərir. Prezidentin Türkmənistana səfəri zamanı bu məsələlərin aktuallığı bir daha vurğulandı. Azərbaycan, Türkmənistan və Özbəkistan arasında keçirilən üçtərəfli görüşdə hər üç ölkə arasında milli resursların birgə istifadəsi və əməkdaşlıq imkanları üzrə sazişlər imzalandı. Bu, həm Azərbaycanın, həm də bütövlükdə Türk dünyasının inkişafı üçün mühüm addımdır. Azərbaycanın yaratdığı yeni siyasi reallıqlar fonunda qiymətləndirilməlidir. Xüsusilə də Zəngəzur dəhlizinin açılması ilə əlaqədar yaranacaq strateji üstünlüklər kontekstində bu istiqamət Azərbaycanın xarici siyasətinin uğurlu və perspektivli prioritetlərindən biri hesab olunur”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:39
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Avqust 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri