Polşa prezidentin Ermənistana səfəri zamanı binokl şousunda iştirak etməsi qeyridost addımdır DEPUTAT
Icma.az, Sonxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Polşa Prezidenti ötən ay ölkəmizdə keçirilən COP29 konfransında iştirak edib və iqlim dəyişmələri ilə mübarizə istiqamətində ölkəsinin mövqeyini ifadə edib".
Bunu Sonxeber.az-a danışan deputat Pərvanə Vəliyeva bildirib.
Deputat qeyd edib ki, Polşa prezidentin Ermənistana səfəri zamanı Avropa İttifaqının Azərbaycanla şərti sərhəddə faktiki kəşfiyyat missiyasına baş çəkməsi və "binokl şousu"nda iştirak etməsi qeyri-dost addımdır:
"Bu addım Polşa ilə Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlığa dair sənədin ruhu ilə bir araya sığmır və Azərbaycanın haqlı narazılığı ilə qarşılanır. Polşada statistikaya görə 100 minə yaxın erməni yaşayır. Eləcə də Polşada 2025-ci ilin yanvar ayında prezident seçkiləri keçiriləcək və bu addım da hesab edirəm ki, məhz, orada yaşayan ermənilərin səslərini qazanmaqdan ötrü atılmış addım idi. Eyni zamanda bəzi ölkələr Qərbin super güclərinin gündəliyinə xidmət edən addımlar atmaqla onlarla bir xətdə olduğunu göstərməyə çalışır ki, "erməni sevgisi" də bunlardan biridir. Həmçinin, rəsmi Varşava da Almaniya bundestaqının saxta "erməni soyqırımı" ilə bağlı qətnaməsini tanıyan ölkədir. Bu "soyqırımı" tanıyan qərarı ilə Polşa Ermənistana dəstəyini ifadə edib".
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 02 Dekabr 2024 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















