Icma.az
close
up
RU
Prezidentin uğurlu siyasəti: Beynəlxalq qüvvələr yeni reallıqları qəbul etdi

Prezidentin uğurlu siyasəti: Beynəlxalq qüvvələr yeni reallıqları qəbul etdi

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bu gün beynəlxalq hüququn norma və prinsipləri faktiki olaraq işləmir. Azərbaycan isə beynəlxalq hüququn işləməməsinin ilk qurbanlarından biri olmuşdur”.

Bu sözləri Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı deyib.

Dövlətimizin başçısı vurğulayıb ki, torpaqlarımız işğal edildikdən sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi:

“Lakin bu qətnamələr 27 il ərzində kağız üzərində qaldı və əgər biz öz torpaqlarımızı güc yolu ilə azad etməsəydik, onlar əbədi olaraq icrasız qalacaqdı. Bizim müharibəmiz ədalətli müharibə idi və biz öz ərazimizdə vuruşurduq. Biz heç bir başqa ölkəni işğal etməmişik, heç bir ölkəyə hücum etməmişik. 

Hərbi əməliyyatları BMT Nizamnaməsinin 51-ci maddəsinə, xüsusilə özünümüdafiə hüququna əsaslanaraq həyata keçirmişik. İkinci Qarabağ müharibəsindən beş il keçdiyini nəzərə alsaq, aydın şəkildə görürük ki, bütün dünya, beynəlxalq ictimaiyyət, o cümlədən aparıcı ölkələr və nüfuzlu beynəlxalq təşkilatlar yeni reallıqları qəbul edib.

Beləliklə, biz yerindəcə reallıq yaratdıq. Mən bunu artıq bir neçə dəfə xatırlatmışam - ovaxtkı ATƏT-in Minsk qrupu ilə çoxsaylı görüşlərim zamanı onlar Azərbaycana reallıqları qəbul etməyi tövsiyə edirdilər”.

Prezident qeyd edib ki, Təhlükəsizlik Şurasının qətnamələri, beynəlxalq hüquq və beynəlxalq hüququn pozulması ilə bağlı bütün arqumentlərim isə yenə də qəti səssizlik ilə qarşılanırdı:

“Beləliklə, “yerdəki reallıqlar” məsələsi ortaya qoyulmuşdu. Mən də dedim: yaxşı, onda biz bu reallıqları dəyişəcəyik. Biz bunu etdik və bu gün bütün dünya bunu tanıyır. Qondarma “Dağlıq Qarabağ Respublikası” heç kim tərəfindən tanınmamışdı, bu, qeyri-qanuni bir qurum idi. 

Lakin bizim Qələbəmiz və azad edilmiş ərazilər üzərində suverenliyimiz bütün dünya, eləcə də Ermənistan tərəfindən tanınır”.

Qeyd edək ki, uzun illər beynəlxalq güclər ölkəmizi işğalla barışmağa, mövcud status-kvonu qəbul etməyə yönəlik təzyiqlər göstərirdilər. Lakin 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək Cənubi Qafqazda yeni geosiyasi reallıq yaratdı. Bu gün artıq dünya ölkələri və beynəlxalq təşkilatlar Azərbaycanın iradəsi, o cümlədən yaratdığı yeni reallıqlarla hesablaşmaq məcburiyyətində qalırlar.

Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində çox mühüm məqamlara toxundu:

“Hesab edirəm ki, bu müsahibə ölkəmizin bütün sahələrini əhatə etdi və ciddi mesajlarla yadda qaldı. Cənab Prezident siyasi, iqtisadi, sosial, hərbi və bir çox məsələlərlə bağlı geniş açıqlama verdi. Diqqətçəkən məsələlərdən biri də cənab İlham Əliyevin regionda yeni reallıqların yaranması ilə bağlı verdiyi mesajlar idi. 

Dövlətimizin başçısı açıq şəkildə dedi ki, 44 günlük Vətən müharibəsində və ondan əvvəlki dövrdə dünyanın bəzi iri qüvvələri Azərbaycanın ərazilərinin işğaldan azad olunmasını tələb etmək əvəzinə, sadəcə vaxt qazanmaqla məşğul idilər.

O vaxt bizi reallıqlarla barışmağa məcbur etmək istəyirdilər və BMT Təhkükəsizlik Şurasının da 4 qətnaməsi yerinə yetirilmirdi. Yəni beynəlxalq güclər Ermənistanın əvəzinə, Azərbaycana təzyiq göstərmək istəyirdilər”.

Lakin millət vəkili diqqətə çatdırıb ki, Azərbaycan bütün iri güclərin mənafələrinin əksinə olaraq öz maraqlarını əsas götürdü:

“Beləliklə, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz 44 gün ərzində yeni reallıqlar yaratdı. Bütün torpaqlarımız işğaldan azad edildi, Ermənistan və onun arxasındakı güclər məğlub edildi. Üstəlik, Azərbaycan dünyanı yeni reallıqlarla barışmağa məcbur etdi.

Faktiki olaraq, indi dünyanın bütün iri gücləri bu reallıqlarla barışıb. Artıq Cənubi Qafqazın əsas gücü məhz Azərbaycandır, bölgədəki bütün proseslər ölkəmizlə razılaşdırılmalıdır. Bütün bunların fonunda Prezident İlham Əliyevin göstərdiyi mövqe təqdir olunmalıdır”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Prezident İlham Əliyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Yanvar 2026 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see688

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see233

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see192

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see179

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see137

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri