Prezidentlə xanımı Əziz Yıldırım və qızı ilə görüşdü
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Hərbi Dəniz Qüvvələrində baş tutan görüşündə “Fənərbaxça” prezidenti Əziz Yıldırım və qızı Hande Yıldırım da iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı və birinci xanım Hərbi Dəniz Qüvvələrində Türkiyə şirkətlərinin fəaliyyəti və birgə layihələrlə tanış olublar.
Səfər çərçivəsində Müdafiə Nazirliyinin “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC və Türkiyənin “DEARSAN Gəmi İnşaat Sənaye” AŞ-nin birgə istehsalat sahəsində hazırlanan hərbi texnikalar təqdim edilib. Prezident İlham Əliyevə və Mehriban Əliyevaya “SALVO” (SİDV) silahlı insansız dəniz vasitələri ilə “KAYRA” (KİDV) kamikadze insansız dəniz vasitələrinin təyinatı və taktiki-texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilib.
Məlumat üçün qeyd edək ki, Azərbaycanla birgə innovativ hərbi dəniz vasitələrinin istehsalını həyata keçirən “DEARSAN” şirkəti Ə. Yıldırıma məxsusdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 06 Sentyabr 2026 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















