Prezidentlik uğrunda mübarizələri ikinci tura qaldı
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Oktyabrın 4-də Braziliyada prezident seçkiləri keçirilib.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, artıq seçki bülletenlərinin 98,72%-i sayılıb.
Ən son məlumatlara görə, Liberal Partiyanın namizədi, senator Flaviu Bolsonaru seçicilərin 47,25%-nin, hazırki dövlət başçısı Luis İnasio Lula da Silva isə 44,9%-nin səsini qazanıb. Qalan namizədlər onlardan xeyli geridə qalıblar.
Sabiq Braziliya Prezidenti Jair Bolsonarunun oğlu olan Flaviu Bolsonaru əsas rəqibini qabaqlasa da, bu, ona birinci turda qalib gəlmək üçün kifayət etməyib. Beləliklə, Bolsonaru və Lula da Silva seçkilərin ikinci turunda mübarizə aparacaqlar.
Qalan bülletenlərin nəticələrə ciddi təsir etməyəcəyi bildirilir.
İkinci turun 25 oktyabr 2026-cı il tarixində keçirilməsi planlaşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 05 Oktyabr 2026 09:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















