Şimali Kiprdə prezidentlik uğrunda səkkiz nəfər yarışacaq
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) oktyabrın 19-da keçiriləcək prezident seçkisinin ilk turunda mübarizə aparacaq 8 namizəd gərgin təşviqat dövrünə qədəm qoyub.
Oxu.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, ölkə başçısı seçilmək uğrunda əsas mübarizənin hazırkı prezident Ersin Tatar və ana müxalifət təşkilatı olan Cümhuriyyət Türkiyə Partiyasının (CTP) sədri Tufan Erhürman arasında gedəcəyi gözlənilir.
Şimali Kiprdə namizədlərin təbliğat və təşviqat dövrü oktyabrın 18-də başa çatacaq. Seçkinin birinci turunda 50 faizdən çox səs toplayan namizəd prezident seçilir. Namizədlərdən heç biri səs çoxluğu əldə etməzsə, ən çox səs toplamış iki iddiaçı yeddi gün ərzində keçiriləcək seçkilərin ikinci turunda iştirak edir.
İkinci turda ən çox səs toplayan namizəd prezident postunu tutmaq hüququ qazanır. Şimali Kiprdə prezident seçkisi 5 ildən bir keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 14 Oktyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















