Icma.az
close
up
RU
“Problemin həlli işdən çıxarmaq deyil” Psixoloq uşaq evlərindəki vəziyyətdən DANIŞDI

“Problemin həlli işdən çıxarmaq deyil” Psixoloq uşaq evlərindəki vəziyyətdən DANIŞDI

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi bəzi uşaq evlərində monitorinq keçirib. Agentliyin məlumatına görə, monitorinqlər nəticəsində 2, 3, 4 və 6 saylı Uşaq Evi sosial xidmət müəssisələrində və 1 saylı ailə tipli kiçik qrup evi sosial xidmət müəssisəsində bəzi əməkdaşların fəaliyyətlərində qeyri-peşəkar yanaşma müşahidə edilib. Müəssisələrdə uşaqlara qarşı etinasızlıq və  zorakılıq hallarının olması, nizam-intizam qaydalarına riayət edilməməsi, sosial-psixoloji işin düzgün qurulmaması, sanitar-gigiyena qaydalarına riayət olunmaması, sənədləşmə işinin düzgün aparılmaması halları aşkar edilib. Ümumilikdə 41 əməkdaş barəsində intizam tənbehi və xəbərdarlıq tədbirləri həyata keçirilib, onlardan 33 nəfərinə töhmət və şiddətli töhmət verilib, 8 əməkdaşa yazılı xəbərdarlıq olunub. Bununla yanaşı, 7 əməkdaşla müqavilə müddətinin uzadılmaması qərarı ilə onların əmək müqavilələrinə xitam verilib.
Məsələyə psixoloq Fərqanə Mehmanqızı Demokrat.az-a açıqlamasında münasibət bildirib. Ekspert uşaqlarla çalışan şəxslərin psixoloji vəziyyətinin daim öyrənilməsinin vacib olduğunu söyləyib:
“Bu gün uşaq evlərində işləyən, ümumiyyətlə, uşaqlarla ünsiyyətdə olan insanlar – istər bağçalarda, məktəblərdə, istərsə də uşaq evlərindəki müəllimlər, tərbiyəçilər, loqopedlər, dayələr olsun, bu şəxslərə psixoloji seminarlar keçirilmir. Nə dövlət qurumları, nə də QHT-lər uşaqlarla işləyən şəxsləri təlimlərə, psixoloji seminarlara cəlb edirlər. Onların psixologiyası, aqressiyaya davamlılığı, fors-major vəziyyələrə dayanıqlılığı yoxlanılmır. Onlar da insandır, ailə-məişət problemləri var. Amma bu problemləri iş həyatlarına niyə daxil etmələri, bunun səbəbləri araşdırılmır. Bu kimi hallar araşdırılsa, monitorinqlər aparılsa, nəticəyə uyğun olaraq problemin aradan qaldırılması üçün işlər də görülə bilər”. 
Psixoloq uşaqlarla işləyən şəxslərin psixoloji seminarlara qoşulmasının vacib olduğunu deyib: 
“Bu, məcburi olmalıdır. Müəllimlərin və uşaqların psixoloji vəziyyətini öyrənmək üçün onlarla qrup oyunları keçirilə, testlər verilə bilər. Bu yollarla onların uşaqlara qarşı münasibətini, həmçinin özlərinin də uşaqlıq travmalarının olub-olmaması öyrənilə bilər. Psixoloqlar tərəfindən bu cür dərslər keçirilsə, onlar da öz məsuliyyətlərini dərk edərlər. Rəhbərlik də bilər ki, hansı müəllimin, tərbiyəçinin, dayənin nə kimi problemi var. Problemin həlli işdən çıxarmaq deyil. Bu insanlarla psixoloqlar işləsə, özlərini daha yaxşı hiss edə və işə davam edə bilərlər”.
Törə Zeynallı
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Noyabr 2024 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri