Icma.az
close
up
RU
Problemli kreditlər artır: İqtisadçıdan həll yolu ... bağlanması doğru olardı

Problemli kreditlər artır: İqtisadçıdan həll yolu ... bağlanması doğru olardı

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Ölkənin bank sektorunda üçüncü ayağa çevrilmiş bank olmayan kredit təşkilatlarının bağlanması ən doğru seçim olardı".

Bu sözləri problemli kreditlərinin həcminin artmasını şərh edən sabiq maliyyə naziri, iqtisadçı Fikrət Yusifov Bakıvaxtı.az-a açıqlamasında deyib.

İqtisadçının sözlərinə görə, kreditlərin geri qaytarılmasında digər bir problem onların faizlərinin yüksək olmasıdır:

"Öncəliklə problemli kreditləri yaradan səbəbləri araşdırmaq lazımdır. Unutmayaq ki, kredit borcdur, borc olan yerdə isə onun geri ödənilməsi ilə bağlı həmişə problemlər olub, olur və bundan sonra da olacaq. Dünyada elə bir bank və ya borc verən təşkilat tapmaq mümkün deyil ki, o, verdiyi borcların bir qismini geri almaqla bağlı problem yaşamasın”.

Müsahibimiz qeyd edib ki, problemli kreditlərin yaranmasının həm obyektiv və həm də subyektiv səbəbləri olur. Obyektiv səbəblər sırasında kredit götürən tərəfin sonradan fors-major vəziyyətin yaranması səbəbindən gəlir mənbəyini itirməsi və ya müflüs olması kimi hallar yer alır. Bu halda götürülən kreditin sığortalanması mexanizmləri işə düşə bilər.

F.Yusifov vurğulayıb ki, bankların və bank olmayan kredit təşkilatların təcrübəsində əmlakın girov götürülməsi və ya kredit almış şəxsə kiminsə zamin dayanması mexanizmlərindən daha çox istifadə olunur. Lakin bir çox hallarda kreditlər, xüsusən də böyük məbləğdə olmayan istehlak kreditləri banklar tərəfindən zamin və girov olmadan verilir. Əgər bu cür krediti almış şəxs krediti götürdükdən sonra fors-major səbəbindən gəlir mənbəyini itirirsə, bu halda götürülmüş kreditin geri qaytarılması çətinləşir və ya tamamilə mümkün olmur.

"Kreditlərin geri qaytarılmasında çətinliklərin yaranmasının digər səbəbi isə bəzən insanların təxirəsalınmaz ehtiyaclar üzündən, krediti geri ödəmək imkanlarını ölçüb-biçmədən banklardan borc götürməsidir. Təəssüf ki, bir çox hallarda belə kreditlərin geri qayıdışında problemlər yaşanır. Kreditlərin geri qaytarılmasında digər bir problem onların faizlərinin yüksək olmasıdır. Bu sırada bank olmayan kredit təşkilatlarının soyğunçu kredit faizləri barədə xüsusi danışmaq lazımdır", - müsahibimiz qeyd edib.

Fikrət Yusifov: Bank sektorunda üçüncü ayağa çevrilmiş bank olmayan kredit təşkilatlarının bağlanması ən doğru seçim olardı

İqtisadçının fikrincə, bank olmayan kredit təşkilatları bəzən iqtisadi biliyi olmayan və “əlimyandı” borc axtaran vətəndaşları yüksək faizlə verdikləri kredit tələsinə salıb, illərlə onlardan qazanc mənbəyi kimi istifadə edir, adamların dərisini soyurlar. Yüzlərlə belə faktlar məlumdur:

"Bu səbəbdən ümumilikdə ölkənin bank sektorunda üçüncü ayağa çevrilmiş bank olmayan kredit təşkilatlarının nə qədər lazım olduğunu düşünməliyik. Bu təşkilatların bağlanması ən doğru seçim olardı. Çünki onların fəaliyyəti ölkənin bank sektorunun fəaliyyətinə kölgə salır. Onsuz da bu gün banklarda kredit faizləri yüksəkdir. Bundan daha çox baha kredit satan belə təşkilatlara ehtiyac varmı?!"

Mərkəzi Bankın məlumatına görə, 2025-ci il mart ayının 1-nə Azərbaycanda problemli kreditlərin məbləği 480.1 milyon manat təşkil edib. Bu göstərici cari il fevral ayının 1-i ilə müqayisədə 1.1% və ya 5 milyon manat çoxdur. Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 2.3% və ya 10.9 milyon manat artıb.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Aprel 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see259

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see198

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see194

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see166

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see160

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see159

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see150

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see139

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see135

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see126

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see124

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri