Icma.az
close
up
RU
Professor artan xəstəlikdən danışdı: “Qanköçürmə prosesi risklidir”

Professor artan xəstəlikdən danışdı: “Qanköçürmə prosesi risklidir”

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Dünyada hər il 1 dekabr QİÇS-lə Mübarizə Günü kimi qeyd olunur. 

Son illərdə virusun yayılması sürətlənib və müxtəlif yollardan insana yoluxa bilən bu xəstəlik hələ də ciddi təhlükə olaraq qalır. Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov bildirib ki, Azərbaycanda ilk İİV-ə yoluxmuş şəxs 1987-ci ildə aşkarlanıb: 

“Ümumilikdə, 1987-ci ildən 2025-ci ilin üçüncü rübünün sonunadək 11 min 260 nəfər İİV-lə yaşayan Azərbaycan vətəndaşı Respublika QİÇS-lə Mübarizə mərkəzində rəsmi qeydiyyatdadır”. 

O qeyd edib ki, qeydiyyatda olanların 70%-i kişilər, 30%-i isə qadınlardır: 

“İİV infeksiyası – İnsanın İmmunçatışmazlığı Virusları tərəfindən törədilən və immun sistemin getdikcə artan zədələnməsi ilə xarakterizə olunan infeksion xəstəlikdir. İİV infeksiyasının gedişində 4 mərhələ müəyyən edilir. Bu mərhələlərdən asılı olaraq, İİV-ə yoluxan şəxslərdə müxtəlif kliniki simptomlar görünə bilər.

İlkin mərhələdə ümumi halsızlıq, tez yorulma, limfa düyünlərinin böyüməsi, periodik olaraq hərarətin yüksəlməsi müşahidə olunur. Daha sonrakı mərhələlərdə isə digər ağırlaşmalar- dəri və daxili orqanların göbələk mənşəli zədələnmələri, vərəmə xas əlamətlər, bədxassəli şişlər görünür. 

QİÇS isə Qazanılmış İmmunçatışmazlığı Sindromu adlanaraq, İİV-infeksiyasının sonuncu mərhələsidir. Bu mərhələdə İİV-ə yoluxmuş şəxslərdə artıq immun sistemin daha proqressiv zədələnməsi müşahidə edilir və xəstələrdə çoxsaylı ağırlaşmalar – vərəm, mərkəzi sinir sisteminin zədələnməsi, mədə-bağırsaq sistemində patologiyalar, bədxassəli şişlər inkişaf edir”. 

Azəebaycanda virusun ən çox yayılan yoluxma yolları hansılardır?

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, QİÇS virusu zoonogen virus olub, yəni ilk dəfə heyvandan insana keçib: 

“Bu virus 1980-ci illərdə heyvandan insana transfer olub. Onun bir neçə mutasiyaya uğramış formaları var ki, bu gün insanlarda xəstəlik törədir. Təəssüf ki, xəstəliyin eradikasiyasına tam nail olunmayıb və birdəfəlik aradan qaldırmaq üçün müalicə vasitəsi yoxdur. Lakin virusun sitlərini sıfırda saxlayan və çoxalmasını əngəlləyən dərmanlar mövcuddur, bu gündə geniş istifadə olunur. 

Dərmanların olmadığı dövrdə xəstə bir neçə il, hətta 10 ilə qədər olan dövrdə immun sistemi sıradan çıxdığı üçün müxtəlif xəstəliklərdən, məsələn, infeksiyalar, xərçəng və vərəmdən dünyasını dəyişə bilərdi. Hazırda bu sahədə xeyli uğurlar əldə edilib. Amma xəstəlik tam aradan qaldırılamayıb, hələ virusun universal vaksini də yoxdur”. 

Onun sözlərinə görə, virusun getdikcə artması narahatlıq yaradır:

“Virusun yayılması müxtəlif bədən ifrazları vasitəsilə baş verir: cinsi münasibət, doğuş, qan köçürmə zamanı xəstəlik keçə bilər. Qana bulaşma infeksiyalı alətlərdən, sağlam və xəstə fərdin istifadə etdiyi alətlərdən və ya birbaşa xəstədən sağlam insana qan köçürülməsi zamanı baş verə bilər. 

Hər hansı qandan infeksiya keçə bilər, çünki donorun xəstələndiyi andan virus bir neçə gün yoluxucu olur və qanda antitellərin tapılması bir qədər çətindir. Bu səbəbdən qan köçürmə prosesi risklidir”. 

Professor qeyd dib ki, xəstəliyin yoluxma yollarının qarşısını almaq vacibdir: 

“İnsan özünü təhlükələrdən qorumalıdır. Təbii ki, yoluxmadan heç kim sığortalanmayıb. Məsələn, diş həkiminə gedərkən müxtəlif prosedurlar zamanı hər hansı yanlış hərəkət virusun yoluxmasına səbəb ola bilər. 

Düşünürəm ki, bu virusa yoluxan bütün xəstələr ruhdan düşmədən dərman qəbul etməli, xəstəliklə mübarizədə qeydiyyata düşməli və həyatlarını normal şəkildə yaşamalıdırlar. Hər hansı xəstəliyə görə kimsə diskriminasiya oluna, təqib edilə, əmək və digər hüquqlarından məhrum edilə bilməz. İnsanlar bunu nəzərə almalıdırlar”. 

Gülər Həsənli 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Dekabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri