Icma.az
close
up
RU
Professor: Azərbaycan son illərdə dövlətçilik tarixinin ən parlaq və qürurverici mərhələsini yaşayır

Professor: Azərbaycan son illərdə dövlətçilik tarixinin ən parlaq və qürurverici mərhələsini yaşayır

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 7 noyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Tədbiri institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Oktay Qasımov açaraq hər iki bayramın xalqımız üçün böyük tarixi və mənəvi əhəmiyyət daşıdığını vurğulayıb.

Professor Oktay Qasımov çıxışında bildirib ki, Azərbaycan son illərdə dövlətçilik tarixinin ən parlaq və qürurverici mərhələsini yaşayır. Bu gün ölkəmiz öz müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş qalib dövlət kimi dünya birliyində layiqli yer tutur.

Prezident İlham Əliyevin çıxışlarına istinad edən professor qeyd edib ki, Azərbaycanın əldə etdiyi bu Qələbə həm ədalətin, həm də sülhün təntənəsidir: “Prezidentin də vurğuladığı kimi, biz bizdən alınanları geri qaytardıq, bizə əlavə heç nə lazım deyil. Başqasının torpağında iddiamız yoxdur. Azərbaycan dövləti sülh və ədalət prinsiplərinə əsaslanan siyasəti həyata keçirir. Əminik ki, yaxın gələcəkdə o torpaqlara tanklarla deyil, dostluq və sülh rəmzi olan minik maşınları ilə, azad və təhlükəsiz yollarla gedəcəyik”.

Tədbirdə Biofizika İnstitutunun Biomolekulların strukturu, dinamikası və funksiyası laboratoriyasının elmi işçisi Arzu Aydəmirova da çıxış edib. O, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən, ölkəmizin ərazi bütövlüyünün bərpasından və xalqımızın qəhrəmanlıq salnaməsindən danışıb. Bildirib ki, 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi ilə Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılan Böyük Zəfər gerçəkləşib.

“Bu qələbə xalqımızın birliyinin, Ordumuzun gücünün və Ali Baş Komandanın qətiyyətinin təntənəsidir. 44 günlük müharibə təkcə hərbi qələbə deyil, həm də milli ruhun, Vətən sevgisinin parlaq təzahürüdür. ‘Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!’ – bu, xalqımızın haqq səsi və qalibiyyət simvoludur” – deyə Arzu Aydəmirova qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Noyabr 2025 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see154

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see144

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see135

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see128

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri