Icma.az
close
up
RU
Müstəqil Azərbaycan dövlətçilik salnaməsinin ən şərəfli səhifələrini yaşayır

Müstəqil Azərbaycan dövlətçilik salnaməsinin ən şərəfli səhifələrini yaşayır

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qazax, 18 oktyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Qazax Rayon İcra Hakimiyyəti və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Müstəqil Azərbaycan dövlətçilik salnaməsinin ən şərəfli səhifələrini yaşayır” mövzusunda tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə “Müstəqilliyin Bərpası Günü” başlıqlı kitab sərgisi və film nümayiş olunub.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Bakı Dövlət Universitetinin Qazax filialının müəllim İndira Vəliyeva çıxış edərək bu əlamətdar tarix haqqında məlumat veriblər.

Bildirilib ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası ilə əldə edilən nailiyyətlər və o dövrdə ölkədə yaranmış dərin böhran müstəqilliyimizin taleyini təhlükə qarşısında qoymuşdu. Azərbaycanı bu təhlükədən yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi xilas etdi. Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın tarixini yaradan dahi şəxsiyyət, böyük lider, müstəqil dövlət qurmaq kimi çətin bir vəzifəni cəsarətlə öz öhdəsinə götürən və bunu bacaran müdrik, uzaqgörən, fədakar siyasətçi oldu. Ümummilli Liderin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyası gerçəkləşdirildi, müasir Azərbaycan dövlətinin qurulması prosesi başlandı və xalqımız həqiqi müstəqillik arzusuna çatdı. Müasir Azərbaycan dövlətinin qurucusu və memarı kimi Ümummilli Lider qısa zamanda misilsiz xidmətləri ilə tariximizin parlaq səhifəsini yazdı.

Tədbirdə Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta ümumtəhsil məktəbin şagirdləri Vətənə, dövlətə, Azərbaycanın müstəqilliyinə həsr edilmiş ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Oktyabr 2025 00:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see192

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see192

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see174

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see161

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see159

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see155

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see145

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see142

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see138

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see137

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see131

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see131

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see130

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see127

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see124

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see121

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri