Icma.az
close
up
RU
Professor Cavanşir Qurbanovun adı yeni nəşrdə ÖLÜMSÜZLƏŞDİ FOTOLAR

Professor Cavanşir Qurbanovun adı yeni nəşrdə ÖLÜMSÜZLƏŞDİ FOTOLAR

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın tanınmış idman xadimi, professor Cavanşir Qurbanovun adı yeni nəşr olunan “Xızı–Bərmək mahalının ziyalıları” kitabının üz qabığında yer alması onun ailəsi və yaxınları üçün böyük qürur və fəxarət mənbəyinə çevrilib.

Hurriyyet.az xəbər verir ki, Cavanşir Qurbanovun oğlu, "Mənim oğlum qəhrəmandır", "Mənim atam qəhrəmandır" layihələrinin rəhbəri, Prezident təqaüdçüsü, polkovnik Cəlal Qurbanov öz sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, kitabın üz qabığında Azərbaycanın müstəqillik rəmzi Məmmədəmin Rəsulzadə, görkəmli dramaturq Cəfər Cabbarlı, poeziyamızın səsi Mikayıl Müşfiq, ilk alim-cərrah və EA-nın ilk prezidenti Mirəsədulla Mirqasımov kimi nəhəng şəxsiyyətlərlə yanaşı, idman sahəsini təmsil edən bir ziyalı kimi atalarının yer alması ikiqat qürur doğurur.

Cəlal Qurbanov qeyd edib ki, Cavanşir müəllim ömrü boyu gördüyü işlərlə önə çıxmağı sevməyib. Amma onun insanlığı, dürüstlüyü, sədaqəti və təmkinli duruşu onu hər zaman seçilənlər sırasına yazıb. “Bu kitabda adının yaşadılması bizim üçün sadəcə bir tarixi qeyd deyil, bir nəsil borcunun yerinə yetməsi, bir insanlıq dəyərinin millət yaddaşına əmanət edilməsidir”, – deyə o vurğulayıb.

Cavanşir Qurbanov yalnız ailəmizin və nəslimizin deyil, bütöv Yasamal rayonunun və o cümlədən Dağlıların ağsaqqalı olub. Ömrünün son gününə qədər Yasamal Rayon Ağsaqqallar Şurasının sədri kimi fəaliyyət göstərməklə yanaşı, idman camiəsinin də ağsaqqalı və yol göstərəni olub.

Cəlal Qurbanov bildirib ki, ailəsi adından bu qiymətli nəşrin müəllifi Emil Cəfərova dərin təşəkkürünü bildirir: “Siz atamızın xatirəsini yaşatmaqla bizi həm kövrəltdiniz, həm də qürurlandırdınız. Uca Tanrı Sizə can sağlığı, ilham və bu müqəddəs missiyanızda davamlı uğurlar nəsib etsin!”

Qeyd edək ki, Cavanşir Qurbanovun həyat və yaradıcılığı geniş və zəngin olub. O, uzun illər idman sahəsində fəaliyyət göstərib, gənclərin tərbiyəsi və idmanın inkişafı üçün əvəzsiz xidmətlər edib. İctimaiyyət arasında hörmət və nüfuz qazanan dəyərli ziyalımız, Azərbaycanın idman və elmi ictimai həyatında öz izini qoyub.

Hazırda onun açdığı yol bir çox gənclərimiz üçün örnək və məktəbdir.

Hurriyyet.az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 Sentyabr 2025 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri