Icma.az
close
up
RU
Professor: Dərs yükü uşaqların sağlamlığını məhv edir

Professor: Dərs yükü uşaqların sağlamlığını məhv edir

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Adil Qeybulla dərs sistemindəki təhlükəyə diqqət çəkib


“Yalnız yaxşı qiymət yox, sağlamlıq da vacibdir”



Çinin Hunan əyalətində yaşayan 11 yaşlı məktəbli Lyanlyan yay tapşırıqlarını 1 gündə bitirmək üçün 14 saat fasiləsiz dərs etdikdən sonra xəstəxanaya yerləşdirilib. Bu barədə "South China Morning Post" məlumat yayıb.

Uşaqda sürətli nəfəsalma, başgicəllənmə, baş ağrıları və ətraflarda keyimə kimi ciddi simptomlar müşahidə olunub. Hadisə günü o, səhər saat 8:00-dan axşam 22:00-a qədər fasilə vermədən ev tapşırıqları ilə məşğul olub. Saat 23:00 radələrində vəziyyəti daha da ağırlaşdığından valideynləri onu təcili olaraq xəstəxanaya aparıb. Həkimlər onun emosional gərginlik nəticəsində yaranan hiperventilyasiya, yəni çox sürətli və dərin nəfəsalma sindromu yaşadığını bildirib.

Lyanlyanın nəfəsalma ritmi tənzimləndikdən və oksigen maskası ilə yardım göstərildikdən sonra vəziyyəti sabitləşib.

Qeyd edək ki, Çanşa Mərkəzi Xəstəxanasından bildirilib ki, uşaq təcili yardım şöbəsinə bənzər simptomlarla 30-dan çox məktəbli gətirilib. Bu, digər aylardakı göstəricidən 10 dəfə çoxdur.

Bu hadisə Azərbaycandakı təhsil sistemindəki oxşar problem gündəmə gətirib.

Yeni dərs ilinin başlanması ilə bir çox məktəblilər və valideynlər ev tapşırıqlarının çoxluğundan, proqramın ağırlığından və dərs yükünün uşaqların yaşına uyğun olmamasından şikayət edirlər. Bəzi şagirdlər günün böyük hissəsini dərs oxumağa, testlər həll etməyə və əlavə repetitor məşğələlərinə sərf edirlər. Bu isə onların istirahət, oyun və yaradıcılıq üçün vaxtını azaldır, yuxu rejimini pozur, həm fiziki, həm də psixoloji gərginliyə səbəb olur.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, həddindən artıq dərs yükü uşaqlarda stress, diqqət pozğunluğu, yaddaş zəifləməsi və motivasiya itkisi kimi problemlər yarada bilər. Bəs çinli Lyanlyanın yaşadığı vəziyyət Azərbaycanda da təkrarlana bilərmi? Uşaqların bu qədər yüklənməsinin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Pediatr Minazər Abdullayevanın sözlərinə görə, müasir məktəb uşaqların qarşısında daha çox tələblər qoyur, çoxlu dərslər, ev tapşırıqları, əlavə məşğələlər və sair. Yaxşı bilik və əla qiymətlər üçün bütün bu yarış uşağı əsas şeydən - düzgün yuxu və istirahətdən, son nəticədə sağlamlıqdan məhrum edir. Bütün bunların qarşısını almaq, məktəblinin bunun öhdəsindən gəlməsi üçün valideynlər şərait yaratmalıdırlar.

Uşaqlarda dərslərlə bağlı yüklənmələr stress yaradır. Bu stress özünü həyəcan, yorğunluq, hətta depressiv hallarda göstərir. Daim gərginlikdə olmaq uşaq orqanizmini zəiflədir, gələcəkdə onun səhhəti ilə bağlı problemlərə səbəb olur. Baş ağrıları, funksional depressiya, immunitetin aşağı düşməsi və s. daimi stresin nəticəsi ola bilər. Ona görə də çalışmaq lazımdır ki, uşaqlar üçün gündəlik iş qrafiki qurulsun. Onu elə qurmaq lazımdır ki, uşaq gün ərzində həm dərsləri ilə məşğul ola, həm də lazımi qədər istirahət edə bilsin. Ev tapşırıqlarını yerinə yetirmək üçün vaxt müəyyən edilməlidir. Yaxşı olar ki, uşaq ev tapşırıqları ilə hər gün eyni vaxtda məşğul olsun. Bu, vərdişə çevriləcək və stresi azaldacaq. Hər fənn üçün vaxt ayrılmalı və qısa fasilələr müəyyən edilməlidir. Məsələn, hər 25 dəqiqə iş və 5 dəqiqə fasilə vaxtı olması məsləhətdir.

Gündəlik iş qrafikinə istirahət və hobbi ilə məşğul olma saatları da salınmalıdır. Hər bir uşaq gəzməli, idmanla məşğul olmalı, oyunlar oynamalı, dostları ilə ünsiyyət qurmalıdır. Bu, həm gərginliyi azaldır, həm də enerji verir.

Uşaqların məktəb yükünün öhdəsindən gəlməsi üçün mütləq onların yuxu rejimini tənzimləmək lazımdır. Belə ki, yuxu nəinki istirahət, həm də onların inkişafının mühüm hissəsidir. Yuxu çatışmazlığı uşaqların əsəbi olmasına, yaddaş və diqqətlərinin pisləşməsinə, uğur qazanmalarının azalmasına səbəb ola bilər. Mütəxəssislər hesab edirlər ki, məktəbyaşlı uşaqlar gün ərzində 9-10 saat yatmalıdır. Lakin məktəb tapşırıqlarının həddən artıq olmasına görə uşaqlar daha az yatır və bu, onların fiziki və emosional vəziyyətlərinə təsir edir. Uşaq hər gün, hətta şənbə və bazar günlərində eyni vaxtda yatmalıdır. Bu, onun qrafikə tez vərdiş etməsinə kömək edəcək və yuxusunun keyfiyyətini artıracaq”.

Həkimin sözlərinə görə, indi uşaqlar da böyüklər kimi oturaq həyat tərzinə keçib: “Məktəb yükü və ev tapşırıqları aktiv istirahət və açıq havada gəzintilər üçün vaxtı azaldıb. Bu, orqanizmin ümumi vəziyyətinə təsir edir. Oturaq həyat tərzi artıq çəki almağa, sonralar isə ürək xəstəliklərinə aparan yoldur. Ona görə də bir daha təkrar edirəm: uşaqların gündəlik iş qrafikində gəzintilər və oyunlar üçün də vaxt ayrılmalıdır. Ümumiyyətlə, valideyn övladının dostu olmalıdır. Yaxşı qiymət almayanda, hər hansı bir səhvə görə onu danlamaq yox, daha yaxşı qiymət almaq üçün məsləhətlər vermək, ona dəstək olmaq lazımdır”.


Professor Adil Qeybulla da uşaqların dərs yükünün həddindən artıq çox olmasının onların sağlamlığına ciddi təsir göstərə biləcəyini vurğulayıb. A.Qeybulla Sherg.az-a açıqlamasında deyib ki, Çində ev tapşırıqlarını fasiləsiz həll edən həll edən uşaqda sürətli nəfəsalma, başgicəllənmə, baş ağrıları və ətraflarda keyimə kimi ciddi simptomların müşahidə olunması, uzun saatlar dərs yükünün insan sağlamlığına necə mənfi təsir etdiyini göstərir: 

seeBaxış sayı:279
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Oktyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri