Icma.az
close
up
RU
Professor: Hər iki ölkədə sülhə qarşı çıxanlar var

Professor: Hər iki ölkədə sülhə qarşı çıxanlar var

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


“Ermənistan baş naziri Nikol Paşinyan haqlı olaraq deyir ki, Ermənistan daxilində və xaricdə müəyyən qüvvələr var və onlar Azərbaycanla olan sülhü pozmaq, prosesi dayandırmaq niyyətindədirlər, bu istiqamətdə fəaliyyət göstərirlər. Biz də bunu uzun illərdir müşahidə edirik. Paşinyan konkret ad çəkməsə də, sülhə kimlərin və hansı qüvvələrin mane olduğu çox aydın görünür”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında Vəhdət Partiyası sədrinin müşaviri, professor Cümşüd Nuriyev deyib.
“Nikol Paşinyan ilk növbədə Ermənistan daxilində sülh prosesinə qarşı çıxan qüvvələri nəzərdə tutur. Bura ilk olaraq Karapetyanın ətrafında cəmləşən qüvvələr, habelə “Çiçəklənən Ermənistan” adlı siyasi təsisat daxildir. Söhbət Ermənistanda Rusiyaya işləyən, bu ölkənin təsirində olan qüvvələrdən gedir. Sözsüz ki, bura erməni kilsəsini də aid etmək vacibdir. Əsasən bu üç qüvvə Ermənistanda Nikol Paşinyanın hakimiyyətdən getməsinə çalışır və Azərbaycanla mümkün sülh və əməkdaşlıq siyasətinə qarşı çıxırlar”,- deyə professor izah edib.
C. Nuriyevin fikrincə, xaricdə sülhə mane olan əsas qüvvə kimi Rusiya və Fransa nəzərdə tutula bilər. Məhz bu qüvvələr Ermənistan və Azərbaycan arasında sülhə qarşıdır, regionda daha çox təmsil olunmaq, maraqlarını təmin etmək istəyirlər.
İranla bağlı məsələyə gəldikdə, C. Nuriyevin fikrincə, burada bir qədər fərq var: “Məsud Pezeşkian İranda hakimiyyətə gəldikdən sonra Azərbaycanla münasibətlər normaldır. Bəli, İranda bəzi qüvvələr sülhə qarşı çıxış edir, müxtəlif fikirlər söyləyirlər, amma prezident Pezeşkianın simasında İran hakimiyyəti Azərbaycana qarşı addımlar atmır və münasibətlər indi qaydaya düşüb. Paşinyan da reallıqları görür və deyir”.
Müsahibimiz əlavə edib ki, Azərbaycanda da bəlli qüvvələr Ermənistanla sülhə qarşı çıxırlar. Bura ölkədəki radikal müxalifətin qalıqlarını, habelə xaricdə oturub Azərbaycana qarşı şər-böhtan kampaniyası aparan bloqqerləri daxildir: “Eyni zamanda “beşinci kolon”un nümayəndələrini də bu sıraya daxil etmək lazımdır. Çünki onların dədə-babaları Rusiyaya xidmət edib, indi də özləri xidmət etmək istəyirlər. Azərbaycan da onlara imkan vermir. Bu halda nə etməlidirlər? Azərbaycan prezidenti və digər şəxsləri hədəfə almalıdırlar. Ancaq onların fəaliyyəti uğursuzdur və hər hansı təsiri ola bilməz”.
Nemət ORUCOV
Reyting.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://reyting.az
archiveBu xəbər 11 Sentyabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri