Icma.az
close
up
RU
Professor: Həsən bəy Zərdabi xalqı düşünməyə, öyrənməyə, maariflənməyə səsləyirdi

Professor: Həsən bəy Zərdabi xalqı düşünməyə, öyrənməyə, maariflənməyə səsləyirdi

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 30 may, AZƏRTAC

XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan xalqı həm çar Rusiyasının istibdadı ilə mübarizə aparır, həm də təhsilə, maarifə, Avropa tipli məktəblərə can atırdı. Bu maarifçilik hərəkatı xalqın öz gücünə, ziyalılarının əzminə və xeyriyyəçilərinin dəstəyinə söykənirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və jurnalistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhməd söyləyib. O bildirib ki, 1875-ci il iyulun 22-də ilk sayı nəşr olunan “Əkinçi”nin ideya rəhbəri və naşiri Həsən bəy Zərdabi mətbuat vasitəsilə xalqın maariflənəcəyinə inanırdı. O yazırdı ki, “Əkinçi” xalqı oyatmalı, onun gözünü açmalı, tənbəllikdən, cəhalətdən xilas etməlidir. O dövrdə bir çox müsəlman qəzetləri yalnız varlılara, oxumuş zümrəyə xitab edirdi. “Əkinçi” isə xalqın öz dilində, sadə və anlaşıqlı üslubda yazılırdı. Həsən bəy Zərdabi təkcə mətbuatla deyil, həm də təhsillə məşğul idi. O, ilk dünyəvi məktəblərin yaradılmasında iştirak edib, müəllim kimi fəaliyyət göstərib və məktəb rəhbəri olub. Bu baxımdan, o, maarifçilik ideyalarının həm nəzəri, həm də praktiki daşıyıcısı idi.

O dövrdə xalqın maariflənməsində xeyriyyəçi ziyalıların rolundan danışan professor bildirib ki, 1883-cü ildə Hacı Zeynalabdin Tağıyev öz vəsaiti hesabına qız məktəbi açmış, 1896-cı ildə isə Bakı Qızlar Məktəbinin yeni binasını inşa etdirmişdi.1887-ci ildə rus-müsəlman məktəbi fəaliyyətə başladı. Burada həm rus, həm də azərbaycanlı müəllimlər dərs deyirdi. Tağıyev xaricdə təhsil almaq üçün tələbələrə təqaüdlər verir, kitabların nəşrinə, teatr tamaşalarına, milli mətbuata və xeyriyyə cəmiyyətlərinə dəstək olurdu.

Alim vurğulayıb ki, “Əkinçi”dən sonra “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Tərbiyə”, “Məktəb” kimi qəzet və jurnallar da maarifçilik ideyalarını davam etdirdi. Xüsusilə “Molla Nəsrəddin” jurnalı həm xalqı güldürür, həm də güldürərək düşündürürdü. Bu nəşrlər həm təhsilin yayılmasına, həm də milli oyanışa ciddi təsir göstərdi.

“Həsən bəy Zərdabi xalqı düşünməyə, öyrənməyə, maariflənməyə səsləyirdi. Onun ideyaları bu gün də aktuallığını saxlayır. Maarifçilik hərəkatının təməlində duran bu insanlar – Həsən bəy Zərdabi, Hacı Zeynalabdin Tağıyev və başqaları millətin yaddaşında və tarixi inkişafında öz əbədi yerini alıblar”, - deyə V.Əhməd əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see225

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see221

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see211

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see186

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see184

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see179

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see160

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see158

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see155

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see155

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see145

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri