Icma.az
close
up
RU
Professor İsmayıl Kazımovun 70 illik yubileyi qeyd olunub

Professor İsmayıl Kazımovun 70 illik yubileyi qeyd olunub

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 3 oktyabr, AZƏRTAC

Bakı Qızlar Universitetində professor İsmayıl Kazımovun 70 illik yubileyi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Bakı Qızlar Universitetinin təsisçisi yazıçı-dramaturq, ssenarist, professor Ağarəhim Rəhimov yubilyarı təbrik edib, onun mənalı ömür yolundan, səmərəli elmi və pedaqoji fəaliyyətindən, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasındakı xidmətlərindən danışıb. Ağarəhim Rəhimov bildirib ki, İsmayıl Kazımov 100-dən çox elmi-publisistik məqalənin və kitabların, monoqrafiya və proqramların müəllifidir. Onun “Sadə cümlə sintaksisi” (2021), “Azərbaycan dilinin tarixi qrammatikası. Praktikum”, “Axısqa türkləri: dil, tarix və folklor” (2012), “Türk dillərinin intensivlik qrammatikası” (2022), “Azərbaycan dilinin yeni sintaksisi. Mətnin aktual problemləri” (2023), “A.Rəhimovun bədii nəsrinin dil və üslub özəlliyi”, “Yazıçı karyerası: Dilin və sənətin işığında” kimi dəyərli əsərlərinin adını çəkmək olar. Alimin türk dilləri haqqında kitabları, elmi məqalələri və metodik tövsiyələri dilçilər, doktorantlar, tələbələr üçün qiymətli vəsaitlərdir.

Tədris işləri üzrə prorektor professor Hava Abdullayeva bildirib ki, Azərbaycan dilinin tarixi, Orxon-Yenisey abidələrinin dili fənləri filoloq kadrların hazırlıq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Türkoloq alim ana dilimizin incəliklərinə, milli mədəniyyətimizin, tariximizin dərin köklərinə varan, onları lay-lay araşdıran müəllim kimi tələbələrin bu sahədəki biliklərini möhkəmləndirir.

Tədbirdə çıxış edən Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimləri Nuridə Novruzova, İlham Məmmədli, Qüdsiyyə Qəmbərova və Təranə Şükürlü qeyd ediblər ki, İsmayıl Kazımov həmişə yenilikçi olub, peşəsinin inkişafına doğru yönəlmiş yenilikləri qəbul etməsi ilə seçilib. Vurğulanıb ki, professorun sadəliyi, səmimiliyi, elmiliyi, müsbət aurası, xeyirxahlığı onun bütövlüyündə cəmlənib vəhdət təşkil edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Oktyabr 2025 00:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri