Icma.az
close
up
RU
Professor Məsud Əfəndiyev: AMEA bütün dövrlərdə öz prinsiplərinə sadiq qalıb

Professor Məsud Əfəndiyev: AMEA bütün dövrlərdə öz prinsiplərinə sadiq qalıb

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 3 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi və tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin şəxsən iştirakı Akademiyanın xalqımız üçün necə böyük əhəmiyyət daşıdığının bariz göstəricisidir.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, bunu Humboldt mükafatının ilk azərbaycanlı laureatı, Almaniyanın Münxen şəhərindəki “Helmholtz” Elmi-Tədqiqat Mərkəzinin Dinamik sistemlər şöbəsinin müdiri, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru professor Məsud Əfəndiyev AMEA-nın 80 illik yubileyi ilə əlaqədar açıqlamasında söyləyib.

Professor Məsud Əfəndiyev bildirib ki, AMEA-ya verilən ən yüksək qiymət, dəyər Ulu Öndər Heydər Əliyevin bu elm məbədinə hər zaman ata qayğısı ilə yanaşması olub. Ümummilli Lider Heydər Əliyevin “Biz yaradılmış elmi potensialı qoruyub saxlamalı, ondan bugünkü və gələcək müstəqil Azərbaycanın inkişafı naminə daha səmərəli istifadə etməliyik” fikirləri buna bariz nümunədir. Məhz Ümummilli Liderin diqqət və qayğısı nəticəsində, ictimai-siyasi sistemdə baş verən dəyişikliklərə baxmayaraq, Akademiya bütün dövrlərdə öz prinsiplərinə sadiq qalıb: “Bu gün Azərbaycan dövlətinin suverenliyinin tam bərpa olunması AMEA-nın hər bir üzvünü yeni fundamental elmi nailiyyətlər əldə etməyə, dövlətimizin elmi potensialını daha da gücləndirməyə səsləyir”.

O, AMEA-nın Azərbaycanı dünyaya tanıdan görkəmli alimlər yetişdirdiyini söyləyib. “Akademiyanın həyətində gəzərkən və ya iclas zallarında olarkən sanki o böyük şəxsiyyətlərin ruhlarının orada pərvaz etdiyini hiss edirsən. Bu hiss hər nə qədər metafizik təsir bağışlasa da, elmə və elm adamlarına duyulan dərin hörmətin, mənəvi bağın təzahürüdür”, – deyə professor Məsud Əfəndiyev bildirib. Alim qeyd edib ki, həm humanitar, həm də fundamental elm sahələrində dünyada sözünü demiş AMEA korifeyləri, görkəmli alimlərimizin əksəriyyəti ilə şəxsi tanışlığı onun üçün böyük bir məktəb olub. Bu elm xadimləri ilə ünsiyyət onun elmi dünyagörüşünün formalaşmasında, elm sahəsinə olan marağının artmasında mühüm rol oynayıb. O, 2003-cü ildə ABŞ-da “American Institute of Mathematical Sciences” (AIMS) nəşriyyatında çap olunmuş “Fredholm Structures, Topological Invariants and Applications” adlı kitabının giriş hissəsində, Azərbaycan riyaziyyat məktəbinin üzvü olduğunu göstərdiyini, həmçinin Zahid Xəlilov, Əşrəf Hüseynov və İbrahim İbrahimov kimi görkəmli alimlərimizi qürurla yad etdiyini vurğulayıb.

“Belə bir fikir var ki, elmin Vətəni olmur. Lakin mən bu fikrə bir cümlə də əlavə edərdim: Elm ilə məşğul olan hər bir insanın Vətəni olur”, - deyən professor Məsud Əfəndiyev bildirib ki, artıq 35 ildən çoxdur Almaniyada yaşayıb-yaratmasına baxmayaraq, Azərbaycan vətəndaşı olaraq qalmaqdan böyük şərəf və qürur duyur. “İnanıram ki, məhz milli ruhda formalaşmış alimlərimizin səyləri nəticəsində AMEA-da fəaliyyət göstərən ziyalılarımız gələcəkdə də mühüm elmi nailiyyətləri ilə həm ölkəmizdə, həm də respublikanın hüdudlarından kənarda yaşayıb fəaliyyət göstərən elm adamlarını sevindirməkdə, qürurlandırmaqda davam edəcəklər.

O, fikirlərini “Elm məbədimiz AMEA-ya gələcək fəaliyyətində, elmi axtarışlarda uğurlar!” – sözləri ilə tamamlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri