Radardan uzaqlaşan kimi sürəti artırırlar Sürücülərə SƏRT XƏBƏRDARLIQ
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda baş verən 838 yol-nəqliyyat hadisəsi nəticəsində 500 nəfər həlak olub, 640 nəfər yaralanıb. Qəzaların 82,9 faizi yaşayış məntəqələrində qeydə alınıb. Bundan başqa, ölənlərin 76,8 faizini, yaralananların isə 72,2 faizini kişilər təşkil edib.
Bəs qəzaların əsas səbəbi nədir? Yol qəzalarında ölüm hallarını minimuma endirmək üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, yol qəzalarının və ölümlərin çoxu sürət həddinin aşılması ilə baş verir:
"Bəzi sürücülər radarlardan, polisin gizli nəzarətindən narazılıq edirlər. Amma reallıq budur ki, sürücülər yenə də sürəti aşırlar. Bu isə ciddi qəzalara, insanların yaralanmasına və ya ölməsinə səbəb olur. İnkişaf etmiş ölkələrdə qəzaların sayı Azərbaycandan çox olsa da, ölüm halları azdır. Çünki orada sürətə nəzarət daha ciddidir, cərimələr daha sərtdir. Sürücünün sürəti aşmaq ehtimalı yoxdur. Bizdə isə radardan uzaqlaşan kimi sürəti artırırıq, radara yaxınlaşanda azaldırıq".

Nəqliyyat eksperti: "Sürücülər qaranlıq və yağıntılı havada daha diqqətli olmalıdırlar"
Piyadaların vurulması ilə bağlı baş verən qəzaların çox olduğunu vurğulayan ekspertin fikrincə, belə qəzalarda da ölüm halları çox olur.
"Bu, həm sürücü diqqətsizliyi, həm də piyada məsuliyyətsizliyindən baş verir. Piyadalar yolu istər müəyyən olunmuş yerdə, istərsə də müəyyən olunmamış yerdə keçərkən çox diqqətli olmalıdırlar. Yolu keçməzdən əvvəl sürücünün üzünə baxıb əmin olmalıdırlar ki, sürücü onları görür. Yalnız bundan sonra yolu təhlükəsiz keçmək mümkündür", - deyə müsahibimiz bildirib.
Ekspert həmçinin hava şəraitinə uyğun sürət seçməyin vacib olduğunu qeyd edib:
"Sürücülər qaranlıq və yağıntılı havada daha diqqətli olmalıdırlar. Belə havada asfalt qaranlıq olur, işığı udur və yolun konturları, piyada demək olar ki, görünmür. Bu hallarda sürət həddini minimuma endirmək lazımdır. Məsələn, müəyyən olunmuş maksimal sürət 90 olsa belə, belə havada 90 ilə getmək olmaz. Bəzən 50, bəzən isə 20 ilə hərəkət etmək lazımdır. Dumanlı havada bəzən 5-10 metr məsafə belə görünmür. Bu halda sürət həddinə deyil, hava şəraitinə uyğun sürmək lazımdır. Bu qaydalara əməl olunsa, qəzaların və həlak olanların sayı ciddi şəkildə azala bilər".
Gülşən Şərif
Baxış sayı:47
Bu xəbər 20 Noyabr 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















