Son bir ayda 51 nəfər yol qəzasında ölüb ARAŞDIRMA
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda yol-nəqliyyat hadisələri və onların ağır nəticələri cəmiyyətdə narahatlıq doğurmaqda davam edir.
Son bir ay ərzində ölkənin müxtəlif şəhər və rayonlarında baş verən qəzalarda onlarla insan həyatını itirib, çoxsaylı şəxslər yaralanıb. Hadisələr arasında azyaşlı uşaqların da qurban olduğu faciələr var.
“Cebheinfo.az” 20 oktyabr - 20 noyabr 2026-cı il tarixlərində mediada yayımlanan məlumatlar əsasında ölkənin müxtəlif ərazilərində baş verən ağır yol qəzalarını araşdırıb.
Oktyabrın 20-də Naxçıvanın Culfa rayonunun Ərəzin kəndində avtomobillərin toqquşması nəticəsində bir azyaşlı ölüb, 8 nəfər isə yaralanıb.
Oktyabrın 22-də Cəbrayılda avtomobilin aşması nəticəsində sürücü, Neftçalada isə traktorla toqquşan 13 yaşlı velosipedçi həyatını itirib.
Oktyabrın 23-də Salyanda iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər yaralanıb.
Oktyabrın 24-də Goranboyda və Tovuzda piyadaların avtomobillə vurulması ölümlə nəticələnib.
Oktyabrın 26-da Neftçalada qəza zamanı xəsarət alan 21 yaşlı şəxs xəstəxanada dünyasını dəyişib.
Oktyabrın 27-də Yevlaxda avtomobilin aşması nəticəsində 2 nəfər, Bakının Nərimanov rayonunda isə skuter sürücüsü ölüb.
Oktyabrın 29-da Masallıda avtomobillə yük maşınının toqquşması nəticəsində bir nəfər həyatını itirib.
Oktyabrın 30-dan 31-nə keçən gecə Bakının Maştağa qəsəbəsində velosipedçi avtomobil tərəfindən vurularaq öldürülüb.
Noyabrın 1-də Salyanda yük avtomobilinin iştirakı ilə baş verən qəzada 2 nəfər, Göygöldə və Şəkidə qeydə alınan hadisələrdə isə bir nəfər ölüb.
Noyabrın 6-da Bakının Yasamal rayonunda avtomobilin vurduğu 71 yaşlı qadın xəstəxanada dünyasını dəyişib.
Noyabrın 7-də Şəkidə piyada, Bakı–Şamaxı–Yevlax yolunda isə avtomobilin aşması nəticəsində bir nəfər həyatını itirib.
Noyabrın 9-da İmişli-Kürdəmir yolunda yük maşını ilə avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb. Ağcabədidə isə avtomobilin vurduğu şəxs iki gün sonra xəstəxanada vəfat edib.
Noyabrın 11-də Şəmkirin Qılıncbəyli kəndində avtomobilin aşması 2 nəfərin ölümünə səbəb olub. Növbəti gün rayonda başqa bir qəza zamanı yaralanan şəxs də xəstəxanada dünyasını dəyişib.
Noyabrın 13-də Füzulinin Böyük Bəhmənli kəndində iki avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb. Həmin gün Biləsuvarda motosiklet sürücüsü, Bakının Türkan qəsəbəsində və Ağsuda isə piyadalar həyatını itirib.
Noyabrın 14-də Ordubadın Aşağı Əylis kəndində avtomobilin aşması nəticəsində bir nəfər ölüb, 2 nəfər yaralanıb.
Noyabrın 15-16-da Siyəzən, Bakı və Xaçmazda baş verən qəzalarda, o cümlədən avtobusların iştirakı ilə qeydə alınan hadisələrdə bir neçə nəfər həyatını itirib.
Noyabrın 17-də Yevlaxda avtomobilin aşması nəticəsində 2 nəfər, Samuxda, Astarada, Salyanda və Bakıda qeydə alınan ayrı-ayrı qəzalarda isə daha 4 nəfər ölüb.
Noyabrın 18-də Qazaxın Aslanbəyli–Kəmərli avtomobil yolunda iki avtomobilin toqquşması nəticəsində 4 nəfər, Bərdə-Yevlax yolunda isə bir piyada həyatını itirib.
Noyabrın 19-da Beyləqanda avtomobilin su arxına aşması, Göyçayda isə avtomobilin hasara çırpılması nəticəsində iki nəfər ölüb. Noyabrın 20-də Yevlaxda yük avtomobili 12 yaşlı velosipedçini vuraraq öldürüb.
Araşdırma zamanı diqqət çəkən məqamlardan biri də qəzaların yalnız paytaxt və iri şəhərlərlə məhdudlaşmamasıdır. Hadisələr respublikanın müxtəlif bölgələrində, magistral yollarda, kəndlərarası yollarda və yaşayış məntəqələrində qeydə alınıb.
Piyadaların, velosipedçilərin və motosiklet sürücülərinin də bu hadisələrdə həyatını itirməsi yol təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir.
Qeyd edək ki, həmin 30 gün ərzində ölkə üzrə baş verən bütün yol-nəqliyyat hadisələrinin və ölənlərin dəqiq yekun sayı rəsmi statistikada ayrıca açıqlanmayıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 838 yol qəzası baş verib, 500 nəfər ölüb, 640 nəfər yaralanıb.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 20 Noyabr 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















