Icma.az
close
up
RU
Professor Qorxmaz İmanov: Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi modelinin qeyri səlis variantını yaratmışıq

Professor Qorxmaz İmanov: Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi modelinin qeyri səlis variantını yaratmışıq

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 4 fevral, AZƏRTAC

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi modelinin qeyri-səlis variantını yaratmışıq.

AZƏRTAC Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutuna istinadla xəbər verir ki, bu sözləri İqtisadiyyatın qeyri-səlis modelləri laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor Qorxmaz İmanov müsahibəsi zamanı söyləyib. Müsahibəni təqdim edirik.

– Qorxmaz müəllim, laboratoriyanızda “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən irəli gələn vəzifələrin icrası istiqamətində hansı tədqiqatlar həyata keçirilir?

– Qeyd etmək istərdim ki, Azərbaycan Prezidentinin ölkəmizin sosial-iqtisadi sisteminin inkişafına istiqamətlənən sərəncamlarının icrasından irəli gələn tapşırıqlar çərçivəsində laboratoriyamızda uzun illərdir tədqiqat işləri uğurla həyata keçirilir. Cari ildə aparılan tədqiqatlarımızın əsas istiqaməti də bu qəbildən olmaqla Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi məsələsidir. Gördüyümüz işlər iqtisadiyyatın diversifikasiya modelinin qeyri-səlis variantının hazırlanması istiqamətindədir.

Bildiyimiz kimi, dünya səviyyəsində iqtisadi diversifikasiyanın qiymətləndirilməsinin bir neçə modeli məlumdur. Bu modellər əsasən riyazi statistik üsullarla həyata keçirilir və müəyyən nəticələr əldə edilir. Lakin iqtisadi göstəricilərin əsası orta ədədlər olduğundan burada qeyri-müəyyənlik problemi ortaya çıxır ki, onun da həllində qeyri-səlis çoxluqların və qeyri-səlis məntiqin tətbiq olunması zərurəti meydana gəlir. Biz də bununla əlaqədar olaraq qeyri-səlis üsullardan istifadə edərək Azərbaycan iqtisadiyyatının diversifikasiya modelinin qeyri-səlis variantını yaratmışıq.

– 2024-cü ildə əldə edilmiş əsas elmi nəticələriniz hansılardır?

– Cari ildə əldə etdiyimiz mühüm elmi nəticə sosial keyfiyyət indeksinin hesablanmasıdır. Sosial keyfiyyət indeksi iqtisadi tədqiqatlarda yeni anlayış olduğuna görə onu bir qədər aydınlaşdırmaq istərdim.

Sosial keyfiyyət nəzəriyyəsi dünyada ilk dəfə olaraq Skandinaviya ölkələrində yaranıb və onun həlli üsulları tətbiq edilib. Sosial keyfiyyət iqtisadi fəaliyyətin sosial nəticələrinin qiymətləndirilməsi göstəricisidir, yəni iqtisadiyyatda əsas göstərici ümumi daxili məhsul olduğundan onun nəticəsini hesablamaq üçün sosial keyfiyyət indeksinə baxılır. Sosial keyfiyyət indeksi sosial müdafiə, sosial birlik, sosial iştirak və sosial inkluzivlik kimi dörd əsas göstəricini əhatə edir.

Qeyd etdiyim kimi, cari ildə laboratoriyamızda sözügedən göstəricilər əsasında hesablamalar aparılıb və sosial keyfiyyətin inkluzivlik indeksinin hesablanması istiqamətində mühüm elmi nəticələr əldə olunub. Nəticələrimiz müxtəlif nüfuzlu jurnallarda, o cümlədən ABŞ-da çap olunan “Discovery Analitics” jurnalında dərc edilib.

– Bu il hansı elmi nəticələriniz praktikada uğurla tətbiq olunub?

– Artıq ikinci ildir ki, biz Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə işlər həyata keçiririk. Gördüyümüz işlər əsasən, Avropa ilə Asiya arasında körpü rolu oynayan, iqtisadi cəhətdən əsas beynəlxalq ticarət yollarının birləşdiyi əlverişli Azərbaycan dəhlizlərindən keçən müxtəlif nəqliyyat marşrutlarının qiymətləndirilməsidir. Yəni biz Azərbaycandan Şimal və Cənub, Şərq və Qərb istiqamətlərində yüklərin daşınmasını təmin etmək üçün xüsusi model təklif etmişik və onun əsasında nəqliyyat marşrutlarının qiymətləndirilməsini həyata keçirmişik. Qeyd etdiyim kimi, bizim yaratdığımız model hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanında uğurla tətbiq edilir.

– Növbəti il laboratoriyanız tərəfindən hansı fundamental tədqiqatların aparılması gözlənilir?

– Bildiyiniz kimi, hazırda rəqəmsal cəmiyyətin yaradılması üçün süni intellekt əsasında geniş tədqiqatlar aparılır. Biz də hazırda süni intellekt üsullarının sosial iqtisadi sistemlərin idarə olunmasında tətbiqi istiqamətində tədqiqatlar aparırıq. Yəni burada riyazi modeldən başqa hazırda dünyada geniş vüsət alan “Dil” modeli və “İqtisadi agentlər” modelinə qeyri-səlis üsulları qoşmaqla yeni modellər sisteminin yaradılması üzərində işləyirik. Mənə elə gəlir ki, bu, gələcəkdə bizim elmimiz üçün yüksək nəticələrdən biri ola bilər.

– “Ölkənin iqtisadi şaxələnməsinin dayanıqlı səviyyəsinin qeyri-səlis qiymətləndirilməsi” mövzusunda apardığınız tədqiqat işinizin iqtisadi inkişafa nə kimi təsirləri var?

– Bu sahədə çalışan iqtisadçılar sözügedən tədqiqatın nəticələrini tətbiq etməklə Azərbaycan iqtisadiyyatının şaxələnmə səviyyəsinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görə bilərlər. Qeyd etməliyəm ki, mənim təklif etdiyim üsullar sadəcə Azərbaycanda deyil, qlobal məkanda da praktiki məsələlərin həllində istifadə edilə bilər.

– İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa istiqamətlənən tədqiqatlarınız varmı?

– Gələcəkdə həmin ərazilərdə olan təbii və insan resursları əsasında yeni model yaratmaq və işğaldan azad olunmuş ərazilərimizin inkişaf istiqamətlərini daha dəqiq müəyyən etmək olar.

–Azərbaycanın sosial-iqtisadi inkişafı sahəsinə yönələn gənclərə tövsiyəniz nə olardı?

– Mənim əsas tövsiyəm gənclərin iqtisadi tədqiqatlarda dəqiq alətlərdən istifadə etməklə düzgün qərar qəbul etmələri olardı. Həmçinin onların IV Sənaye İnqilabı və bununla əlaqədar yaranan süni intellekt, obrazların tanınması və müxtəlif riyazi modellərin, yanaşmaların istifadə olunması ilə daha müasir gənc kimi böyümələrini arzu edərdim. Zənnimcə, bunun üçün ilk növbədə riyazi biliklərə dərindən yiyələnmək, analitik üsulları öyrənmək və onların cəmiyyətin müxtəlif sahələrində tətbiqini uğurla həyata keçirmək lazım gəlir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Fevral 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri