Proksi qüvvələrdən geriyə addım: “İran ABŞ gərginliyində iştirak etməyəcəyik”
Icma.az xəbər verir, Sitat.info saytına əsaslanaraq.
İranın bölgədəki əsas proksi qüvvələrindən hesab edilən İraqdakı Həşd-əş-Şəəbi (Xalq Səfərbərlik Qüvvələri) mümkün ABŞ–İran qarşıdurmasında Tehrana dəstək verməyəcəyini açıqlayıb.
Sitat.info xəbər verir ki, qruplaşmanın qərargah rəisinin müavini Yasir əl-İsavi “Russia Today” telekanalına müsahibəsində bildirib ki, Həşd-Şəəbi “İran və ABŞ arasında heç bir müharibədə iştirak etməyəcək”.
O qeyd edib ki, belə bir müharibə İraq və bütövlükdə bölgə üçün “iqtisadi və təhlükəsizlik fəlakəti” olar.
Əl-İsavinin sözlərinə görə, ABŞ bu qruplara İsrail və İran arasında mümkün qarşıdurma halında hədəfə alınacaqları ilə bağlı xəbərdarlıq mesajları da göndərib.
ABŞ administrasiyası dəfələrlə İraq hökumətini İranın dəstəklədiyi silahlı qrupların fəaliyyətinə qarşı tədbir görməyə çağırıb.
Nigar,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 11 Fevral 2026 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















