Icma.az
close
up
RU
Prokuror “Quska”nın daha 10 il azadlıqdan məhrum edilməsini istədi: “Sübut qoyun, mənə lap ömürlük verin”

Prokuror “Quska”nın daha 10 il azadlıqdan məhrum edilməsini istədi: “Sübut qoyun, mənə lap ömürlük verin”

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2018-ci ildən həbsdə olan keçmiş deputat, “Quska” ləqəbilə tanınan Hüseyn Abdullayevin daha 10 il azadlıqdan məhrum edilməsi istənilib.

Bizimyol.info xəbər verir ki, keçmiş deputatın işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində gedən prosesdə məhkəmə istintaqı yekunlaşıb. Dekabrın 5-də dövlət ittihamçısı çıxış edərək, Hüseyn Abdullayevin 10 il azadlıqdan məhrum edilməsini istəyib. Prokuror bildirib ki, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsilə irəli sürülmüş ittiham məhkəmədə şahid ifadələri, sənədlər, ekspertiza rəylərilə təsdiqini tapıb.

Prokurorun çıxışını “Quska” məhkəmə zalında yox, saxlandığı Bakı İstintaq Təcridxanasından videokonfrans vasitəsilə dinləyib. Çünki o, səhhətindəki problemlərlə əlaqədar məhkəməyə gətirilmir, online qaydada məhkəməyə qoşulur.

Vəkili Günay İsmayılova da onun səhhətindəki problemlərdən söz açaraq bildirib ki, Hüseyn Andullayevin vəziyyəti ağırdır. O, hüquqlarını müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Vəkil eyni zamanda, həkim Adil Qeybullanın da istintaq təcridxanasına girişinə icazə verilməsini istəyib.

Bundan əvvəl də Hüseyn Abdullayevin vəkilləri Adil Qeybulla tərəfindən onun müayinəsinə icazə verilməsini istəmişdilər, məhkəmə də vəsatəti təmin etmişdi. Lakin vəkil bildirir ki, bir dəfə icazə verilib, ondan sonra həkimin təcridxanaya girişinə icazə yoxdur.

Hakim Azər Tağıyevin sədrlik etdiyi kollegiya Hüseyn Abdullayevin ev dustaqlığına buraxılması barədə vəsatəti təmin etməyib. Lakin həkim Adil Qeybulla tərəfindən sabiq deputatın müayinəsinə icazə verilməsi barədə vəsatət isə təmin edilib.

Hüseyn Abdullayev videokonfrans vasitəsilə bildirib ki, cinayət yolu ilə əldə olunan pulları leqallaşdırmaqda ittiham olunur, lakin bununla bağlı heç bir sübut-dəlil yoxdur: “Bu barədə sübut ortaya qoyun, istəyirsiniz, mənə ömürlük verin. Vəziyyətim pisdir, ayaq üstə dayana bilmirəm”.

Məhkəmə prosesi dekabrın 19-da davam edəcək. Hüseyn Abdullayevin vəkilləri müdafiə nitqi ilə çıxış edəcək.

Hüseyn Abdullayev 2018-ci il aprelin 18-dən həbsdədir. O, dələduzluq, vergidən yayınma və s. İttihamlarla 6 il azadlıqdan məhrum edilmişdi.

2024-cü il martın 4-də - həbsdə ola-ola onun haqqında yeni cinayət işi üzrə həbs qətimkan tədbiri seçilib. Bu dəfə ona qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsilə ittiham irəli sürülüb.

Baş Prokurorluğun yaydığı məlumata görə, Hüseyn Abdullayev 5.5 milyon manatdan çox pulu yerli və xarici banklardakı hesablara köçürüb, yaxın qohumunun adına Azərbaycanda daşınmaz əmlaklar almaqla, leqallaşdırmaqda ittiham olunur.

O, ittihamı qəbul etmir, özünü təqsirli bilmir.

Hüseyn Abdullayev deputat olduğu dövrdə - 2007-ci ildə parlamentdə deputat Fəzail Ağamalı ilə davaya görə həbs olunmuş, sonradan şərti cəza ilə azadlığa buraxılmışdı. O, daha sonra Almaniyaya gedərək, orada oturum almışdı.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 Dekabr 2024 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see408

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see395

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see295

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see282

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see261

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see245

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see235

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see228

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see143

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see143

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see134

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see127

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see122

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri