Prokurorluq qurama istintaqlara imkan verməsə məhbus sayı da çox olmaz BƏHRUZ BAYRAMOV
Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
Azərbaycanın baş prokuroru Kamran Əliyev Gununsesi.info-ya açıqlamasında ölkəmizdə məhbus sıxlığı barədə suala cavab verib.
Baş Prokurorun sözlərinə görə, Azərbaycanda dövlətin cəza icra siyasətinin humanistləşdirilməsi istiqamətində bir sıra addımlar atılıb və atılır.
Qeyd edək ki, Avropa Şurasının Həbsxana Əhalisinə Dair hesabatında Azərbaycan quruma üzv ölkələr arasında məhbus sayına görə ilk yerlərdə qərarlaşıb.
Vəkil Bəhruz Bayramov isə Gununsesi.info-ya açıqlamasında deyib ki , məhbusların sayının azalması məsələsində prokurorluq rol oynaya bilər:”Bugün həbsxanalarda yüzlərlə məhkum var ki onların sağlamlıq durumu cəzanı çəkməyə imkan vermir. Yaxud da cəzadan vaxtından əvvəl azad olunma qanunda var. Amma təcrübə göstərir ki, prokurorluq buna qarşı çıxır. Ona görə də məhkəmə çıxılmaz durumda qalır və həmin insan həbsdə qalır”.
Bəhruz Bayramovun sözlərinə görə, istintaqa prosessual nəzarəti həyata keçirən orqan kimi prokurorluq saxta cinayət işlərinə də müdaxilə etməlidir.
“Bugün yüzlərlə insan saxta istintaq nəticəsində həbs həyatı yaşayır. Bu baxımdan hesab edirəm ki, bu kimi hallar məhbus sayının artmasına gətirib çıxarır. Prokurorluq qanunsuz istintaqa imkan verməsə, məhbus sayı da çox olmaz”.
Firuzə Mahmudova
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 02 Oktyabr 2025 09:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















