Icma.az
close
up
RU
Bəhruz Bayramov: “Dünyadakı mövqeyimiz üçün insan haqları məsələlərinə də diqqət etməliyik”

Bəhruz Bayramov: “Dünyadakı mövqeyimiz üçün insan haqları məsələlərinə də diqqət etməliyik”

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

“Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasından sonra ölkəmizin qarşısında yeni mərhələ dayanır. Bu da Azərbaycanda ciddi şəkildə məhkəmə-hüquq islahatlarının həyata keçirilməsidir”.

Bunu Gununsesi.info-ya açıqlamasında tanınmış vəkil Bəhruz Bayramov Azərbaycan-ABŞ münasibətlərində yaranan yeni mərhələ haqqında suala cavabında deyib.

Qeyd edək ki, Azərbaycanın rəsmi təbliğatında ABŞ-la ölkəmiz arasındakı gərginliyin arxada qaldığı və münasibətlərdə yeni mərhələ başlandığı deyilsə də, lakin ABŞ Dövlət Departamenti insan haqlarının durumuna görə ölkəmizi yenə tənqid edib.

Bəhruz Bayramov isə xatırladır ki, ABŞ-ın xarici siyasəti təhlükəsizlik, enerji və demokratiya söykənir: “Ona görə də düşünmək olmaz ki, ABŞ Azərbaycanda insan haqları mövzusunu ümumiyyətlə, unudacaq. Ola bilər ki, müəyyən bir mərhələdə bu arxa planda qalsın. Amma bu əbədi mümkün deyil. ABŞ-ın dünyada qüdrəti onun demokratiyaya dəstəyinə görədir. Ona görə də hesab edirəm ki, hər şeydən əvvəl özümüz üçün məhkəmə-hüquq islahatlarına başlamalıyıq.

Bunu nə ABŞ-a nə də Avropa İttifaqına görə yox, məhz dövlətimizin gələcəyi üçün etməliyik. Azərbaycanda neft dönəmi bitəcək. Ölkəyə ciddi sərmayə lazımdır. Məhkəmə sistemi olmayan ölkəyə isə  sərmayə qoyulmur”. 

Bəhruz Bayramov hesab edir ki, Azərbaycan ilk növbədə siyasi məhbus problemini həll etməlidir: “Bu, bizə ciddi problem yaradır. Bu insanların həbsdə qalması hökumət üçün heç bir təhlükə doğurmur. Ona görə də bu məsələni dəfəlik həll etməliyik. Bugün özünün suverenliyini bərpa edən Azərbaycan çox güclüdür. Amma dünyadakı mövqeyimiz üçün insan haqları məsələlərinə də diqqət etməliyik”.

Afət Abbasova

Gununsesi.info 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 Avqust 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri