Prospektdə piyadanı maşın vurdu, polis xəstəxanaya apardı
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Paytaxtın Heydər Əliyev prospektində piyadanı maşın vurub.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Modern.az-averilən məlumata görə, hadisə bu gün günorta saatlarında Heydər Əliyev prospekti, mərkəz istiqamətində qeydə alınıb. Yerüstü piyada keçidinin bir neçə metrliyində çoxzolaqlı yolu keçmək istəyən piyadanı minik avtomobili vurub.
Qəzada xəsarət alan piyada yol polisi əməkdaşları tərəfindən "Yeni Klinika"ya çatdırılıb.
"Piyadalara tövsiyə olunur ki, qəzaların baş verməməsi, ölüm və xəsarət hallarının olmaması üçün piyada keçidlərindən istifadə etsinlər. Piyadalar diqqətli olmalı və sürücülərin onlara yol verdiyinə tam əmin olduqdan sonra yolu keçməlidirlər", NİİM-dən bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 23 Aprel 2026 22:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















