Icma.az
close
up
RU
Protein və lifli qidaların orqanizmə faydası

Protein və lifli qidaların orqanizmə faydası

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son vaxtlar sosial şəbəkələrdə yüksək proteinli və lifli qidaların birlikdə qəbulunu təşviq edən qidalanma trendi geniş yayılıb.

Axşam.az xəbər verir ki, bu barədə BBC araşdırma hazırlayıb. Bildirilib ki, protein əzələ sağlamlığını qorumağa, arıqlamağa və sağlam qocalmağa kömək etdiyi üçün son illər daha çox diqqət çəkir. Aparılan sorğuya əsasən, alıcıların 40 faizdən çoxu ötən il protein qəbulunu artırıb.

Son dövrlər gündəlik lif qəbulunu artırmağa yönəlmiş qidalanma tərzi də populyarlaşıb. Mütəxəssislər lifin bağırsaq sağlamlığı, çəkiyə nəzarət və uzunmüddətli sağlamlıq üçün mühüm rol oynadığını vurğulayıblar.

Böyük Britaniyada böyüklər üçün tövsiyə olunan gündəlik protein miqdarı hər kiloqram bədən çəkisinə 0,75 qramdır. Məsələn, 75 kiloqram çəkisi olan bir insanın gündə təxminən 56 qram protein qəbul etməsi məsləhət görülür. Yüksək proteinli qidalanma isə adətən hər kiloqram çəkiyə 1-2 qram protein və ya hər yeməkdə 20-30 qram protein qəbulunu nəzərdə tutur.

Mütəxəssislər böyüklərin gündə ən azı 30 qram lif qəbul etməsini də tövsiyə edirlər. Tərkibində 100 qramda 3 qram və ya daha çox lif olan məhsullar "lif mənbəyi", 6 qramdan çox lif ehtiva edənlər isə "yüksək lifli qida" hesab edilir.

Araşdırmada qeyd olunur ki, protein çatışmazlığı olan insanlar üçün protein qəbulunun artırılması faydalıdır. Yüksək lifli qidalanma isə xolesterinin tənzimlənməsinə, bağırsaq sağlamlığının qorunmasına və 2-ci tip diabet riskinin azalmasına kömək edə bilər.

Bununla yanaşı, mütəxəssislər xəbərdarlıq edirlər ki, normadan artıq protein qəbulu digər vacib qida maddələrinin çatışmazlığına səbəb ola bilər. Lif qəbulunun qısa müddətdə kəskin artırılması və ya yalnız bir lif mənbəyinə üstünlük verilməsi isə köp və həzm narahatlığı yarada bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://axsam.az
archiveBu xəbər 06 İyul 2026 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see346

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see290

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see282

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see279

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see265

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see262

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see256

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see255

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see235

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see227

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see218

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see210

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see206

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see206

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see205

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see202

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see202

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see194

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see189

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri