Icma.az
close
up
RU
Psixoloji cəhətdən baxarsaq insanda heç bir hiss boş yerə deyil PSİXOLOQ

Psixoloji cəhətdən baxarsaq insanda heç bir hiss boş yerə deyil PSİXOLOQ

Icma.az, Sonxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Psixoloji cəhətdən baxarsaq insanda heç bir hiss boş yerə deyil" - PSİXOLOQ

Boşanmaların sayı günü-gündən artmaqda davam edir. Cütlüklər aralarında baş verən müxtəlif hadisələrə əsasən belə qərarlar alınır. Günümüzdə ayrılığa başlıca səbəb olan məsələlərdən biri də qısqanclıqdır. Bəs, qısqanclıq sevginin göstəricisidir, yoxsa güvənsizliyin? Çünki qısqanana güvənmir, qısqanmayana isə sevmir deyirlər. Bəs, doğru olan hansıdır?

Mövzu ilə bağlı Sonxeber.az-a psixoloq Şirin Məmmədli danışıb.

O, açıqlamasında qeyd edib ki, qarşı tərəfin sərhədlərini aşmadan yaşanan qısqanclıq normaldır və hər münasibətdə olmalıdır:

"Əslində, biz psixoloji cəhətdən baxsaq insanda heç bir hiss boşuna deyil. Deyə bilmərik ki qısqanclıq hissi boşunadır. Biz sevginin nədən irəli gəldiyini dərindən araşdırsaq görə bilərik ki, burada aid olmaq və aid edilmə tələbatı var. Əlbəttə ki əgər biz monoqam münasibətlərdən söhbət ediriksə, orada mütləq şəkildə qısqanma hissi olacaq . Bu hiss o qədər mürəkkəb bir hissdir ki, biz deyə bilmərik ki əgər kimsə qısqanırsa onun psixoloji problemləri var. Yəni, bunu biz bu qədər rahat şəkildə deyə bilmərik, amma ki, qısqanmanın da psixologiyada dərəcələri var. Əlbəttə ki, əgər heç bir səbəb olmadan bir insan digərinin bütün sosial həyatına müdaxilə edirsə, onu qısıtlayırsa, qısqanclıq adı altında istismar edirsə, duyğusal şiddət göstərirsə və hətta bəzi hallarda fiziki şiddət göstərirsə bu artıq ciddi psixoloji problemdir. Çox təəssüf ki, biz şəxsiyyəti formalaşmamış bir çox cütlüklərdə bir-birini valideyn kimi qısıtlamağın sevgi adlandırıldığını görə bilirik və bir tərəf digər tərəfin karierasını bitirir, duyğusal şəkildə istismar edir və bunun adını qısqanmaq və sevgi qoyurlar. Normal səviyyədə qısqanmaq əlbəttə ki, hər birinin münasibətin içərisində mövcud olmalıdır, hətta deyərdim ki, sağlam münasibətlərin içərisində mövcud olmalıdır. Çünki partnyorlardan birinin digərini heç bir şərt altında itirmə qorxusu yoxdursa, bu o deməkdir ki, həmin partnyor digəri üçün üçün duyğusal olaraq ümumiyyətlə önəmli deyil və bu sevgi demək deyil. Yəni, bir insan iddia edə bilməz ki, mənim özgüvənim çox yüksəkdir və mən qarşı tərəfi heç bir şərt altında qısqanıram. Çünki belə halların altında yatan səbəblər gizli narsizim, qaçantip vəs. ola bilər. Yəni ki, heç qısqanclıq olmadığı halda da problem var, qısqanclıq həddindən artıq çoxdursa da problem var. Qarşı tərəfin sərhədlərinin aşmadan yaşanan qısqanclıq paranoyaqlıq səviyyəsinə çatmadan, yaşanan itirmə qorxusu normaldır və hər münasibətin içərisində olmalıdır".

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 02 Dekabr 2024 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri