Icma.az
close
up
RU
Psixoloq: Ailə münaqişələrindəki ölüm faktorları birdən birə baş vermir

Psixoloq: Ailə münaqişələrindəki ölüm faktorları birdən birə baş vermir

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Naxçıvanda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Oxu.az xəbər verir ki, Sədərək rayon sakini, 2000-ci il təvəllüdlü Aytac İbrahimlinin yaşadığı evdə özünü asaraq intihar etməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Polis və prokurorluq əməkdaşları dərhal hadisə yerinə gələrək, müvafiq araşdırmalar həyata keçiriblər. Tədbirlər nəticəsində 1992-ci il təvəllüdlü Azər İbrahimlinin ailə münaqişəsi zəminində həyat yoldaşına xəsarət yetirdikdən sonra tavandan asaraq öldürməsi müəyyən olunub.

A.İbrahimli şübhəli şəxs qismində saxlanılaraq, istintaqa təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.

Qeyd edək ki, 25 yaşlı Aytac İbrahimli iki uşaq anası olub. Onun ikinci övladı üç aylıqdır.


Psixoloq Samirə Bağırova “Sherg.az”a bildirib ki, psixoloji pozuntusu olan bir çox insan demək olar ki, bunu düşünmür və sağlam olduğuna əmin olur:


“Sərgilənən davranışlar düşüncəyə bağlıdır. Düşüncə kontroldan çıxırsa, mənəvi və fiziki olaraq insanın həm özünə, həm də ətrafa təhlükə yaratmasına zəmin yaradır. Psixoloq bir insan psixikasının sağlam olmadığını və hansı səbəblərdən pozuntular yarana biləcəyini sadalayıb:

Yuxu pozuntusu, səbəbsiz yerə hər kiçik detallara qıcıqlanma, xroniki yorğunluq, monotonluq, aşırı qısqanclıq, sıx-sıx şübhələnmə halları, spirtli içki qəbul edərkən aqresiv davranışın ortaya çıxması, depresiyanın apatiya növü, uşaqlıqda yaxud sonradan baş vermiş psixoloji, emosional sarsıntılar, pis vərdişlər, tez- tez küsmək, təşviş- həyəcan pozuntusu, yüksək səviyyədə narahatlıq, gərginlik, neqativ düşüncələr, obsessiyalar, fikir dağınıqlığı, fokuslana bilməmək, özünə qapanma, asosiallıq, ünsiyyəydən qaçmaq, çevrənin olmaması, sinirsəl pozuntular ( qəza  zamanı alınan travma və sairə), fobiyalar, cinsi zəifliklər, yaxud cinsi obsesiyalar. Həmçinin intihara meyillilik, gizli şizofreniya, tez ruhdan düşmə, uğursuzluğa təslim olma halları, motivasiya əksikliyi, özünə dəyərsizlik, qərarsızlıq, hormonal pozuntular, mədə- bağırsaq problemləri və sairə kimi hallar psixoloji vəziyyətin sağlam olmamasının əlamətləridir".


 Psixoloq əlavə edib ki, ailə münaqişələrindəki ölüm faktorları birdən-birə baş vermir. Evlilikdə mübahisələr zamanla mərhələli şəkildə keçidlər edir:

"Məsələn, səs tonunun qalxması, bağırtıya keçid etməsi, təhqirlər, şiddət, şantaj, intihar yaxud öldürülmə.

İlk iki mərhələ artıq təhlükəli nəticənin ilk mesaj əlamətləridir ki, birlikdə  ailə psixoloquna müraciət etmək, yaxud bundan nəticə çıxarmaq vacibdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Mart 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri