Icma.az
close
up
RU
Psixoloq Elnur Rüstəmov: “Məsuliyyət hissi həyat boyu formalaşan psixoloji bacarıqdır”

Psixoloq Elnur Rüstəmov: “Məsuliyyət hissi həyat boyu formalaşan psixoloji bacarıqdır”

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Türk professor Kemal Sayar bildirib ki, müasir dövrün ən böyük problemlərindən biri insanın getdikcə məsuliyyət daşıyan bir fərd olmaqdan uzaqlaşması və uşaq halına düşməsidir: “Artıq 30 yaşında hələ də gününü “PlayStation” oyunları oynamaqla keçirən kişilərlə qarşılaşırıq. Evdən çıxa bilməyən, öz peşəsini qura bilməyən, müstəqil həyata qədəm qoya bilməyən böyüməmiş insanlarla rastlaşırıq. Halbuki böyümək məsuliyyət götürmək deməkdir. Məsuliyyət isə üzərinə düşən vəzifələri yerinə yetirmək, seçdiyin yolla qətiyyətlə irəliləmək və həmin yolun gətirdiyi çətinlikləri, bədəlini ödəməyə hazır olmaq deməkdir”.Bəzi insanlar niyə yaşları artsa da, məsuliyyət götürməkdən çəkinirlər?

Müasir həyat tərzi insanların yetkinləşməsinə mane olurmu?

Bu barədə Bizimyol.info xəbər portalına danışan Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, məsuliyyətdən yayınma uğursuzluq qorxusunun və özünə inamsızlığın təzahürüdür: “Bu məsələni yalnız fərdi iradə ilə izah etmək doğru olmaz. İnsanların yetkin yaşa çatsalar da, məsuliyyətdən yayınmasının arxasında həm psixoloji, həm ailəvi, həm də sosial amillər dayanır. Ona görə də bu mövzuya ittihamedici deyil, izahedici yanaşmaq daha faydalıdır.

Məsuliyyət hissi insanda anadangəlmə xüsusiyyət deyil, həyat boyu formalaşan psixoloji bacarıqdır. Uşaqlıq dövründə valideynlərin həddindən artıq qoruyucu davranışı, uşağın hər problemini onun yerinə həll etməsi, qərar vermək imkanının məhdudlaşdırılması gələcəkdə müstəqillik və məsuliyyət hissinin zəif inkişafına səbəb ola bilər.

Həddindən artıq tənqid olunan və ya uğursuzluğa görə cəzalandırılan insanlar da risk etməkdən və məsuliyyət götürməkdən çəkinə bilərlər. Belə hallarda məsuliyyətdən yayınma çox vaxt tənbəllik deyil, uğursuzluq qorxusunun və özünə inamsızlığın təzahürü olur”.

Elnur Rüstəmov deyib: “Müasir həyat tərzi də bu prosesə müəyyən təsir göstərir. Rəqəmsal texnologiyalar, sosial şəbəkələr, onlayn əyləncə platformaları və video oyunlar insana ani məmnunluq hissi verir. Halbuki yetkinlik uzunmüddətli məqsədlər uğrunda səbir göstərməyi, çətinliklərə dözməyi və nəticəyə görə məsuliyyət daşımağı tələb edir".

Elnur Rüstəmov vurğulayıb ki, çox uğurlu insanlar da texnologiyadan istifadə edirlər, lakin onlar bunu həyatlarının mərkəzinə çevirmirlər:

“İnsan vaxtının böyük hissəsini virtual mühitdə keçirdikdə, real həyatda qərar vermək, problem həll etmək və öhdəlik götürmək bacarıqları kifayət qədər inkişaf etməyə bilər. Ancaq burada vacib məqam odur ki, texnologiyanın özü problem deyil. Problem onun məqsədsiz və nəzarətsiz istifadəsidir. Bu gün çox uğurlu insanlar da texnologiyadan və oyunlardan istifadə edirlər, lakin onlar bunu həyatlarının mərkəzinə çevirmirlər. Eyni zamanda, müasir dövrdə iqtisadi və sosial şərtlər də nəzərə alınmalıdır. Bəzən gənclərin iş tapmaqda, mənzil əldə etməkdə və maliyyə müstəqilliyi qazanmaqda üzləşdikləri çətinliklər, bəzi hallarda onların ailədən ayrılmasını və tam müstəqil həyata keçidini gecikdirir. Buna görə hər gecikmiş müstəqilliyi psixoloji yetişməzlik kimi qiymətləndirmək doğru olmaz”.

Elnur Rüstəmov həmçinin vurğulayıb: “Psixoloji baxımdan yetkin insanın əsas göstəricisi yaşı deyil, öz qərarlarının nəticələrini qəbul etməsi, öhdəliklərini yerinə yetirməsi, çətinliklərdən qaçmaması və problemlərin həllində aktiv mövqe tutmasıdır. Yetkinlik insanın rahatlıq zonasından çıxaraq həyatının məsuliyyətini öz üzərinə götürə bilməsi ilə ölçülür”.

Elnur Rüstəmov əlavə edib: “Cəmiyyət və ailə olaraq məqsədimiz insanları qınamaq deyil, onlarda müstəqillik, özünəinam, qərarvermə və məsuliyyət bacarıqlarını erkən yaşlardan inkişaf etdirmək olmalıdır. Çünki məsuliyyət hissi təkcə fərdi uğurun deyil, sağlam ailələrin, güclü cəmiyyətin və dayanıqlı inkişafın da əsas şərtlərindən biridir”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 29 İyun 2026 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri