Icma.az
close
up
RU
Qısamüddətli kursları bitirən psixoloq lar ciddi təhlükə yarada bilər Elnur Rüstəmov

Qısamüddətli kursları bitirən psixoloq lar ciddi təhlükə yarada bilər Elnur Rüstəmov

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son vaxtlar psixoloqların sayı sürətlə artır. İki-üç aylıq kursu bitirən hər kəs psixoloq kimi fəaliyyətə başlaya və qeyri-adekvat fikirləri ilə ictimai rəyi özünə cəlb edə bilir. Belə psixoloqları bilərəkdən cəmiyyətə sırımaq nə dərəcədə düzgündür?  

Psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu problem psixologiya sahəsində uzun müddətdir müzakirə edilir:

"Qısamüddətli kursları bitirənlərin "psixoloq" kimi fəaliyyət göstərməsi, xüsusilə də etik və peşəkar standartlara uyğun olmadan psixoloji xidmət təklif etməsi, cəmiyyət üçün təhlükə yarada bilər. Çünki psixoloq olmaq təkcə müəyyən nəzəri biliklərə yiyələnmək deyil, eyni zamanda uzunmüddətli təhsil, praktik təcrübə və etik kodekslərə riayət etməyi tələb edir. Dünyanın əksər ölkələrində psixoloq adını almaq üçün bakalavr və magistr təhsili almaq, bəzi hallarda isə lisenziya imtahanından keçmək tələb olunur. Lakin bəzi insanlar sadəcə qısa kurslara qatılaraq və ya bir neçə kitab oxuyaraq, psixoloq kimi fəaliyyət göstərməyə çalışır ki, bu da yanlış yönləndirmələrə, hətta psixoloji problemləri olan insanlara ciddi zərər vurmağa səbəb ola bilər".


Elnur Rüstəmov əlavə edib ki, psixoloqların etik kodeksi var və bu kodeksə əsasən, psixoloji yardım göstərən şəxsin yetərli təhsili və təcrübəsi olmalıdır:

"Əks halda, yanlış diaqnozlar, qeyri-peşəkar müdaxilələr və mənəvi-psixoloji manipulyasiya halları qaçılmazdır. Hətta bəzi hallarda insanlar bu cür "mütəxəssislərə" etibar edib, daha ağır psixoloji vəziyyətlərə düşə bilirlər. Buna  görə də psixologiya sahəsində tənzimləmə  və nəzarət gücləndirilməlidir. İnsanların peşəkar psixoloqları qeyri-peşəkarlardan fərqləndirə bilməsi üçün cəmiyyətə düzgün məlumat vermək vacibdir. Eyni zamanda, psixoloji kurslar keçirən qurumlar da məzunlarına real imkanlarını aydın şəkildə izah etməli və onların psixoloji yardım göstərmək səlahiyyətlərinin olmadığını vurğulamalıdırlar".

Bahar Rüstəmli


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Fevral 2025 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri