Icma.az
close
up
RU
Psixoloq: Son zamanlar qatil və ana kəlmələrinin bir yerdə işləməsi geniş yayılıb

Psixoloq: Son zamanlar qatil və ana kəlmələrinin bir yerdə işləməsi geniş yayılıb

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qubada doğuşa gələn Xaçmaz sakini olan qadın sanitar qovşaqda doğuş edib və körpəni öldürmək istəyib.

Bizim.Media-nın Quba rayon mərkəzi xəstəxanasından əldə etdiyi məlumata görə, Xaçmazın Qusarçay kənd sakini, 34 yaşlı Turanə Mustafa qızı Konux böyrək sancıları ilə xəstəxanaya müraciət edib.

 Müayinə zamanı o, həkimlərə sanitar qovşağa getmək istədiyini deyib. Qadın sanitar qovşağa keçib və oradan gec çıxması həkimləri şübhələndirib. Tibb işçilərindən biri sanitar qovşağa daxil olanda qadının orada doğuş etdiyini görüb.

Ana və kişi cinsindən olan körpəsi dərhal Quba regional Perinatal Mərkəzinə yerləşdirilib.

Turanə Konuxun həqiqətən körpəsini öldürməyə cəhd eləməsi faktı araşdırılır.

Məsələ barədə hüquq-mühafizə orqanlarına müraciət ediləcək.


Psixoloq Sevinc Baxışova “Sherg.az”a bildirib ki, son illər Azərbaycanda qatil və ana kəlmələrinin bir yerdə işləməsi geniş yayılıb:


“Uşağını zibil qutusuna atan, xəstəxana qapısında qoyub gedən, eyni zamanda onu evdə boğub öldürən analar çoxalıb. Bilmirəm, onlara “ana” demək nə qədər doğrudur. Ana övladını qətlə yetirir və bu ölümdə özündən çox ətrafda səbəb axtarmağa çalışır.Amma bunu təkcə maddi səbəblərə bağlamaq ciddi ədalətsizlik olar.Niyə son zamanlar gülərüz, mehriban, sakit, dözümlü insan tapanda və ya belə insanla qarşılaşanda sevinirik? Çünki belələri aramızda azlıq təşkil edir. Problem varsa, ondan çıxış yolu da olmalıdır. Əgər qadında doğum sonrası psixoz başlayıbsa, mütləq həkimə müraciət etməli, psixoterapiya keçməlidir. Ümumiyyətlə, psixi pozğunluqlarda bir çox amillər rol oynayır: anadangəlmə, hamilə qadının stress, depresiyalar, travmalar yaşaması, ağır doğuşlar zamanı, həyatıboyu baş vermiş hər hansı travmalar, ailədən qaynaqlanan səbəblər, ailədə valideynlərarası münaqişə, münaqişə zamanı zorakılıq. Münaqişələrin yaranmasında isə ətraf mühit, ekoloji, iqtisadi-maddi çətinliklərin yaratdığı səbəblər var. Belə ruhi xəstələrin dünyaya uşaq gətirməsi düzgün deyil. Bu gün Azərbaycan reallığı odur ki, ailələr ruhi xəstə olan övladlarının qeydiyyata alınmasını belə, istəmirlər, bunu cəmiyyətdən gizlədirlər. Bu prosesə mütləq nəzarət olmalı, sosial nəzarət həyata keçirilməlidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Fevral 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri