Icma.az
close
up
RU
Psixoloqların kitabı bağlanır

Psixoloqların kitabı bağlanır

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Azərbaycanda klinik psixoloqların fəaliyyəti, sertifikatlaşdırılması ilə bağlı ciddi boşluqlar var”.

Bunu TƏBİB-in Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova "Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər" mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

O qeyd edib ki, hazırda özəl sektorda xəstəxanaların fəaliyyətə başlaması üçün sertifikat tələbi olsa da, psixoloji mərkəzlərin sertifikatlaşdırılması həyata keçirilmir:

"Belə desək, onların fəaliyyətini tənzimləyən ayrıca qanunvericilik bazası mövcud deyil. Bu səbəbdən həmin mərkəzlərin xidmət keyfiyyətini və peşə standartlarına uyğunluğunu obyektiv şəkildə qiymətləndirmək mümkün olmur".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə əlavə edib ki, əsasən fiziki sağlamlığa önəm verilsə də, psixloji sağlamlıq da vacibdir:

"Psixi sağlamlığı müalicə edənlərin özünün psixoloji vəziyyəti, səviyyəsi vacibdir. Psixoloqlarla əlaqədar növbəti qanunvericilik təşəbbüsü olacaq. Qanunlara yenidən baxılmalıdır.

Bu bizim növbəti təşəbbüsümüz olacaq, hazırda bunun üzərində işləyirik. Bundan başqa, "Psixoloji xidmət haqqında" Qanun müasir tələblərlə uyğunlaşmır.

Həmin qanunu qəbul edəndə indiki çağırışlar yox idi. Hesab edirəm ki, bu qanuna da dəyişikliklər edilməlidir. Növbəti təkliflərimizdən biri də bu ola bilər".

Psixoloji xidmət göstərən şəxslərin peşə səriştəsinin qiymətləndirilməsi üçün vahid sertifikatlaşdırma sistemi yaradılarsa, bu həm xidmət keyfiyyətinə, həm də cəmiyyətin psixoloqlara etimadına necə təsir edər?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Qərbi Kaspi Universitetinin Psixologiya və sosial iş kafedrasının müəllimi Elgül Ağarzayeva bildirib ki, hazırda bəzi psixoloji mərkəzlərdə və özəl sektorda “psixoloq” ali təhsil diplomu olmadan çalışan şəxslərə rast gəlirik:

“Psixologiya elə bir sahədir ki, biz həssas insanlarla çalışırıq. Məqsədimiz insanları manipulyasiya etmək və ya qeyri-peşəkar məsləhətlər vermək deyil, onların problemlərinin həllinə dəstək olmaq, psixoloji rifahlarını artırmaq və idrak proseslərini daha sağlam istiqamətə yönəltməkdir.

Peşəkar psixoloq olmaq üçün mütləq şəkildə psixologiya üzrə ali təhsil, elmi əsaslara söykənən biliklər, praktik hazırlıq və yüksək etik məsuliyyət tələb olunur.

Eyni zamanda psixologiya çoxşaxəli bir elm sahəsidir və klinik psixologiya, sosial psixologiya, hüquq psixologiyası, ailə və uşaq psixologiyası, təşkilati psixologiya kimi müxtəlif istiqamətləri özündə birləşdirir”.

O qeyd edib ki, buna görə də hər bir mütəxəssisin öz ixtisaslaşdığı sahəyə uyğun fəaliyyət göstərməsi, peşə standartlarının qorunması və vətəndaşların yalnız peşəkar xidmət almasının təmin edilməsi olduqca vacibdir:

“Hesab edirəm ki, bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi, peşə fəaliyyətinin daha effektiv tənzimlənməsi və ixtisas uyğunluğu prinsiplərini dəstəkləyən qərarların qəbul edilməsi həm psixoloq peşəsinin nüfuzunun qorunmasına, həm də cəmiyyətə göstərilən psixoloji xidmətlərin keyfiyyətinin yüksəlməsinə mühüm töhfə verəcəkdir.

Unutmamalıyıq ki, psixoloji yardım sadəcə bir xidmət deyil, insan taleyi və psixi sağlamlığı ilə bağlı böyük məsuliyyət tələb edən peşə fəaliyyətidir. 

Bu səbəbdən həmin sahədə çalışan şəxslərin peşəkar hazırlığı, etik davranışı və elmi kompetensiyaları hər zaman prioritet olmalıdır”.Klinik psixoloq Fəridə Musəvi isə bildirib ki, psixologiya akademik bir sahədir: 

“Mən burada sertifikatlaşdırma ilə birbaşa əlaqə görmürəm. Çünki psixologiya insanların ruhu, düşüncələri və davranışları ilə işləyən bir peşədir. Bu sahədə yalnız imtahan verib nəzəri bilikləri tətbiq etmək kifayət etmir.

Düşünürəm ki, psixoloqlar ilk növbədə qeydiyyata alınmalıdır və qeyri-peşəkar şəxslərin, eləcə də müvafiq ixtisasa malik olmayan insanların bu sahədə fəaliyyət göstərməsinə ciddi şəkildə qadağa qoyulmalıdır. 

Lakin psixoloqların sertifikatlaşdırma prosesinə cəlb edilməsi peşəkar mütəxəssislərin yetişdirilməsindən daha çox, qeyri-peşəkar şəxslərin fəaliyyətinə şərait yarada bilər.

Bu gün xaricdə təhsil almaq imkanları genişdir. Müəyyən şəxslər 4 il ərzində xaricdə təhsil ala, nəzəri bilikləri mənimsəyib imtahandan keçərək sertifikat əldə edə bilərlər.

Ancaq əsas sual budur, həmin şəxs insan ruhu, düşüncələri və psixologiyası ilə işləmək bacarığına malikdirmi? Məsələnin mahiyyəti də məhz budur. Sadəcə nəzəri biliklərə sahib olmaq psixoloq olmaq demək deyil.

Psixoloqlar üçün müxtəlif peşəkar təlimlərin keçirilməsi və bu təlimlərdə iştirakın məcburi şərt kimi qoyulması daha vacibdir.
Qeydiyyata alındıqdan sonra onlar müəyyən təlimlər keçməli, peşəkar bacarıqlarını inkişaf etdirməli və yeni biliklər əldə etməlidirlər. 

Psixoloqların imtahan verməsi nəzəri və elmi biliklərinin qiymətləndirilməsi baxımından məqsədəuyğun ola bilər. Lakin sertifikatlaşdırma özlüyündə peşəkar psixoloqların yetişdirilməsi demək deyil”.

Gülər Həsənli
“Cebheinfo.az”

 

Açar sözlər: Psixoloqlar Elgül Ağarzayeva Fəridə Musəvi

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 İyun 2026 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see288

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see283

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see279

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see267

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see266

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see250

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see244

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see240

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see220

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see207

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see201

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see200

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see199

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see197

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see195

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see191

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see180

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see178

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see176

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri