Icma.az
close
up
RU
PSJ daha bir titul qazandı

PSJ daha bir titul qazandı

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

PSJ-nin mövsümü “qızıl dubl”la bitirəcəyinə heç kimin şübhəsi yox idi.

Safonov qapısını toxunulmaz saxlamaq üçün əziyyət çəkmədi. Çünki “Reyms” onu ustalğını göstərməyə məcbur etmədi. 20-ci dəqiqəyə qədər iki qol vuran parislilər fasilə ərəfəsində fərqi darmadağın həddinə çatdırdı. Oyunun qəhrəmanı dubl edən və Hakimiyə məhsuldar ötürmə verən Barkola oldu. Due 16-cı dəqiqədə gözəl ötürmə ilə Barkolanı təkbətək çıxardı – forvard bu imkanı boşa vermədi. 3 dəqiqə sonra Barkola yenə Duenin asmasını tamamladı.
Nəhayət, hissənin sonunda hücuma qoşulan Hakimi də fərqləndi. “Reyms”in baş məşqçisi Samba Diavara fasilədən sonra üçlü dəyişikliyə əl atdı, Luis Enrike isə “gücə qənaət” rejiminə keçdi. 2-ci hissə hadisələrlə zəngin olmadı. PSJ 4-cü qolu vurmağa daha yaxın idi, nəinki “Reyms” fərqi azaltmağa. Hesab dəyişmədi və muzeyinə daha bir kubok əlavə edən paytaxt klubu Çempionlar Liqasının finalına hazırlaşa bilər.
final
PSJ – Reyms 3:0 (3:0)

PSJ: Safonov, Hakimi, Markinyos, Paço (Beraldo, 61), Mendeş (L.Ernandes, 61), Vitinya (Zair-Emeri, 71), Ruis, Neveş (Mayulu, 71), Barkola, Dembele, Due (Ramuş, 71).
Reyms: Diuf, Kipre, Okumu (Moskardo, 46), Sekine, Akyeme, Qbane, Atanqana, Kone (Patrik, 74), İto (Tia, 46), Nakamura (Dyakon, 64), Sibaço (Dyakite, 46).
Qollar: Barkola, 16 (1:0). Barkola, 19 (2:0). Hakimi, 43 (3:0).
Hakim: Benua Bastyen.
24 may. Sen-Deni. 77101 tamaşaçı.
Faktlar
* Ardıcıl 2-ci dəfə bu turnirin qalibi olan PSJ ölkə kubokunu 16 dəfə qazanıb. Rekordçunu 10 kubokla “Marsel” izləyir.
* Luis Enrike məşqçi karyerasında 15-ci titulu qazandı. Parislilərlə 2 dəfə kubokun qalibi olan ispaniyalı mütəxəsisisin hesabında 2 Fransa çempionluğu və Superkuboku da var. “Barselona”nın “sükanı arxasında” isə 2 dəfə İspaniya çempionu olub, 3 dəfə bu ölkənun kubokunu, 1 dəfə Superkubokunu qazanıb, həmçinin Çempionlar Liqasında, Avropa Superkubokunda və klublararası dünya çempionatında qələbəyə sevinib.
* Həm çempion olan, həm də kuboku qazanan PSJ Fransa Superkuboku uğrunda oyunda vitse-çempion “Marsel” ilə qarşılaşacaq.
* Fransada növbəti mövsüm üçün avrokubokların bütün iştirakçıları müəyyənləşdi. “Reyms” finalda uduzduğundan çempionatda 6-cı yeri tutan “Lion” 5-ci olan “Lill” ilə birgə Avropa Liqasının əsas mərhələsində oynamaq imkanı qazandı. 7-ci yeri tutan “Strasbur” isə Konfrans Liqasının təsnifat mərhələsində oynayacaq.
* Bu mövsüm üç titul qazanan PSJ daha ikisinə iddiasını davam etdirir. Parislilər indiyə qədər Fransa Superkubokunun, kubokunun və çempionatının qalibi olub. İrəlidə onları ÇL-in finalı və klublarası dünya çempionatı gözləyir.
Oyundan sonra
Luis Enrike, PSJ-nin baş məşqçisi:

“Çox razı olduğumu demək istəyirəm. Fikrincə, çox yaxşı oynadıq. Bu oyundan sonra artıq mayın 31-də keçiriləcək finala tam köklənmək üçün hazırıq. Azarkeşlərin qələbəni necə bayram etdiyini, bu məqamdan necə ləzzət aldığını görəndə hər birimiz mövsümün son oyununa daha yaxşı hazır oluruq. Hamı bilir ki, tarixə düşmək istəyirik, bu bizim hədəfimizdi, hədəfə çatmaq üçün hər şey edəcəyik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:271
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 İyun 2025 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri