Icma.az
close
up
RU
Pul haqqında yanlış bilinən gerçəklər Daha çox qazanmağın sirri nədir? KONKRET

Pul haqqında yanlış bilinən gerçəklər Daha çox qazanmağın sirri nədir? KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Bir çoxumuz kasıb və ya orta təbəqə ailələrdə böyümüşük və həyatımızın qalan hissəsini də bu təbəqənin düşüncə və davranışlarının təsiri altında yaşayırıq. Əgər siz də maliyyə baxımından məhdudiyyətli, amma yaxşı niyyətli bir ailə tərəfindən bu şəkildə böyüdülmüsünüzsə, bu məqaləni oxuyaraq sizi içində saxlayan yanlış inanclardan qurtula bilərsiniz.

Budur, pul haqqında yanlış bilinən bəzi düşüncələr:

“Pul ağacda bitmir”, “azla kifayətlənmək lazımdır” kimi cümlələr həyatımıza o qədər yer edib ki, bəzən özümüz də bilmədən bu düşüncələrin əsirinə çevrilirik. Çünki uşaqlıqdan bizə pul haqqında belə “doğru” kimi görünən fikirlər aşılanıb.  Əslində isə bu fikirlərin əksəriyyəti bizi maliyyə azadlığından uzaqlaşdıran mental tələlərdir.

KONKRET.az valyuta.az-a istinadən xəbər verir ki, illərlə doğru hesab edilən, lakin maliyyə baxımından sizi yavaşladan 12 məşhur yanlış inancı təqdim edir: Əgər siz də daha sərbəst, güvənli və məqsədli bir maddi həyata doğru addım atmaq istəyirsinizsə, bu səhv düşüncələri tanımaq və onlardan qurtulmaqla başlaya bilərsiniz.

Rahat yaşayacaq qədər pulum olsun, yetərlidir

Orta təbəqənin düşüncə tərzində bu rahatlıq ideyası əsas yer tutur. Amma reallıq budur ki, bir çox insan təqaüd dövrü üçün kifayət qədər pul yığa bilmir. Bu da onların yaşlılıqda da işləməyə məcbur qalmasına səbəb olur. Ona görə də, qısa müddətli rahatlığın əsiri olmayın, maliyyə azadlığınızı qazanın.

Pul qazanmaq məcburiyyətindəyəm

Bizə uşaqlıqdan öyrədilən təhsil və tərbiyə pul qazanmaq üçün zamanımızı satmalı olduğumuzu düşündürür. Pul qazanmağı yox, dəyər yaratmağı düşünün. Cəmiyyət üçün dəyərli bir şey etsəniz, mükafatını da alacaqsınız.

Böyük olan daha yaxşı deyil

Bu yanlış düşüncədir. Böyük olan daha yaxşı və daha ehtişamlıdır. Kiçik düşünmək enerjinizi alar. Dünyanın ən uğurlu şirkətləri böyük şirkətlərdir. Böyük düşünmək daha əyləncəli və uğur ehtimalını artıran yoldur.

Daha çox pul, daha çox problem

Əgər çox pul daha çox problemdirsə, qoy problem olsun. Çünki pulu olmayan adam olmaq daha böyük problemdir. Daha çox pul, həyat üzərində daha çox nəzarət və seçim azadlığı deməkdir.

Qazanmaq üçün xərcləmək lazımdır

Bugünkü milyonerlərin üçdə biri birinci nəsil milyonerlərdir. Yəni bu insanlar sıfırdan zəngin olublar, çünki ideyalarının arxasınca getməyə cəsarətləri olub. Başlanğıc üçün qazanmaq üçün xərcləmək fikri yanlışdır.

Pul ağacda bitmir

Bu sözlər pulu məhdud və çətin əldə olunan bir şey kimi göstərir. Amma bu dünyada təqribən 134 trilyon dollar pul var və bu vəsaitin əksəriyyəti sadəcə rəqəmlərlə təmsil olunur. Pul çatışmazlığı yalnız kasıb insanların zehnində mövcuddur.

Yeni gün, yeni qazanc

Əməkçi insanlar hər gün qazanc üçün çalışırlar. Amma zamanınızı sataraq nə qədər qazandığınızdan çox, qazanc üçün zaman sərf etmədən necə dəyər yarada biləcəyinizi düşünməlisiniz. Zəngin insanlar zamanla pulu dəyişdirərlər, çünki zaman puldan daha qiymətlidir.

Pul bütün pisliklərin mənbəyidir

Doğrusu: “Pul sevgisi bütün pisliklərin mənbəyidir.” Pulun şeytan olması ilə bağlı yanlış bir düşüncə mövcuddur. Zəngin olmaq pis deyil, doğrudur.

Bil Qeyts deyib: “Kasıb doğulmaq sizin günahınız deyil, amma kasıb ölmək sizin günahınızdır.”

Damlaya-damlaya göl olar

Bu fikirə inanırsınızsa, maliyyə azadlığınız heç vaxt olmayacaq. Qənaət pis deyil, amma yalnız qənaətlə maliyyə azadlığı mümkün deyil. Çünki qənaətin limiti var, amma gəlirin artmasının limiti yoxdur. Ona görə də öncə gəlirinizi artırmağa fokuslanmalısınız.

“Pul hər şeyi ala bilməz”

Əlbəttə ki, pul hər şeyi ala bilməz, amma rahat və azad bir həyat üçün böyük rol oynayır. Elmi tədqiqatlar da göstərir ki, müəyyən bir nöqtəyə qədər pul insanı xoşbəxt edə bilir.

Fikrimi satmaq istəyirəm

Bu düşüncə kiçik düşünən insanların yanaşmasıdır. Böyük ideyalara sahib insanlar, məsələn, “Starbucks”ın sahibi ideyalarını ucuz qiymətə satmadı. Fikirlərinizi kiçiltməkdən və dəyərsizləşdirməkdən çəkinin.

Zəngin insanlar xəsisdir

Bəzən insanın bir qədər eqoist olması lazım ola bilər. Əgər özünüzə kömək etmirsinizsə, başqalarına da kömək edə bilməzsiniz. Öz maliyyə vəziyyətinizi düzəltmədən başqalarına fayda vermək çox çətindir. Zəngin olmaq sizi eqoist etmir, əksinə başqalarına yardım etməyə daha çox imkan yaradır.

Bu fikirlərdən qurtulun və öz maliyyə azadlığınız üçün ilk addımı atın. Unutmayın ki, sizi geridə saxlayan yalnız yanlış düşüncələrdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://konkret.az
archiveBu xəbər 01 May 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri