Icma.az
close
up
RU
Pul verib ixtisas seçdirənlərə DİM sədrindən çağırış

Pul verib ixtisas seçdirənlərə DİM sədrindən çağırış

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Hazırda ixtisas seçimi mərhələsindəyik və hələ də seçim etməyən abituriyentlərlə bu proseslə bağlı neçə müşahidəmi bölüşmək istəyirəm. İlk tövsiyəm budur: ixtisas seçimi ilə bağlı ödənişli xidmət almağa tələsməyin”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə sosial media hesabında yazıb.

O bildirib ki, Dövlət İmtahan Mərkəzinin Abituriyent Məsləhət Mərkəzlərində və səyyar xidmətlərində abituriyentlərə ödənişsiz dəstək göstərilir.

“Xidmətin ödənişsiz olması onun yalnız ümumi məlumat verməsi demək deyil. Əksinə, məsləhətlər hər bir abituriyentin nəticəsi, mövcud seçim imkanları və DİM-in rəsmi məlumat bazasında olan göstəricilər əsasında verilir.

Bu mərkəzlərdə çalışan əməkdaşlar ixtisas seçimi prosesini və qəbul mexanizmlərini yaxşı bilən, müvafiq məlumatlarla işləyən peşəkarlardır. Elə buna görə də tövsiyəm budur ki, ilk növbədə rəsmi məsləhət xidmətindən yararlanın, yalnız bundan sonra əlavə dəstəyə ehtiyacınız olub-olmadığına qərar verin”, - deyə o əlavə edib.

“İxtisas seçiminə başlamazdan əvvəl isə özünüzə bu 5 sualı verin:

-Mən əslində nə istəyirəm?

-Nəticəm mənə hansı seçimləri etməyə imkan verir?

-Bu ilin statistik göstəriciləri hansı ehtimalları göstərir?

-Seçimimin hansı məsuliyyətini öz üzərimə götürməyə hazıram?

-Əsas seçimim baş tutmasa, alternativim nədir?

Sizə ixtisas seçimi ilə bağlı məsləhət verən şəxs də bu sualların cavabını sizinlə birlikdə axtarmalıdır. Çünki ixtisas seçimi sadəcə “hara qəbul ola bilərəm?” sualından ibarət deyil. Burada abituriyentin istəyi, nəticəsi, real imkanları və alternativləri birlikdə nəzərə alınmalıdır.

Bir vacib məqama da xüsusi diqqət çəkmək istəyirəm.

Heç kim sizə müəyyən ixtisasa qəbul olunacağınıza zəmanət verə bilməz. Kimsə sizə “keçid balları ilə bağlı məndə xüsusi məlumat var”, “nəticəni əvvəlcədən bilirəm” və ya buna bənzər vədlər verirsə, buna inanmayın”, - deyə DİM sədri vurğulayıb.

Qəbul prosesi ilə bağlı mövcud rəsmi məlumatlar açıqdır və hamı üçün əlçatandır. Heç kimin əlində digərlərinin çıxışı olmayan “gizli keçid balı” və ya qəbul nəticəsini əvvəlcədən müəyyən edən məlumat yoxdur.

Abituriyent Məsləhət Mərkəzlərinə təkcə ilk gün ərzində 5 mindən çox müraciətin daxil olması da bu xidmətə olan ehtiyacı göstərir.

İxtisas seçimi həyatınızın vacib qərarlarından biridir. Bu qərarı qorxu, tələskənlik və ya zəmanət vədləri ilə deyil, rəsmi məlumat, düzgün təhlil və öz istəyinizi nəzərə alaraq verin.

Əvvəlcə etibarlı və rəsmi mənbədən yararlanın. Ehtiyac qalarsa, bundan sonra digər seçimləri dəyərləndirə bilərsiniz.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Avqust 2026 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see329

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see309

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see306

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see255

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see250

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see211

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see199

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see197

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see186

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see184

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see182

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see180

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see175

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see175

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see172

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see168

Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

16 Avqust 2026 01:20see167

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see167

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see162

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri