Icma.az
close
up
RU
Pul versəydin, sən də keçərdin O, hamıdan rüşvət tələb edir

Pul versəydin, sən də keçərdin O, hamıdan rüşvət tələb edir

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kulis.az Yalçın İslamzadənin yeni yazısını təqdim edir.

Üfüqünün genişliyi uzağı 100 metr, düşüncəsinin dərinliyi ən çoxu 1 sm olan biri layiq olmadığı mövqeni tutur.

Belə bir mövqedəki cılız insan, bir insanın, cəmiyyətin, ölkənin, bəşəriyyətin min bir əziyyətlə əldə etdiyi dəyərlərin üstündən xətt çəkir. Çünki o dəyərlərin əhəmiyyətini və ərsəyə gəlməsindəki çətinlikləri idrak etmir.

Ya patolojik vəziyyətə gəlmiş eqosentrizm, güc zəhərlənməsi, mənəm-mənəmlik, dərin travma və komplekslərin təzahürü olan narsisizm, böyüklük maniyası səbəbiylə, ya da kiçik alverçinin 3-5 manat qazanc əldə etmək motiviylə.

Məsələn, universitet rektorunun çaşıb (Freydə görə əslində, çaşma olmur, şüuraltının üzə çıxmasıdır) "Pul versəydin, sən də keçərdin" deməyi. Bir tələbənin min əziyyətlə, yarı ac, yarı tox oxuyub savad qazanmağı sayılmır, pul verməlidir. Pul verən və oxumayan tələbə də imtahanı keçər. Bu halda pul, savadlı ilə savadsızı eyniləşdirərək çürüdücü təsirə malik olur. Yaxud nepotizm.

Bir gənc illərlə əziyyət çəkir, ailəsi ona göz tikir, ancaq vicdansız biri deyir ki, mənim üçün sənin keçmişin, əziyyətin, şirkətə verəcəyin fayda vacib deyil. Üstündən xətt çəkirəm. Qohumun xatirinə. Bizim ölkədə ədalət anlayışı heç vaxt rüşvət, nepotizm, yerliçilik xəstəliklərinə qalib gələ bilmədi.

Türkiyədə LGS imtahanında bəzi dini liseylərdə çoxsayda şagird tam bal alıb. Heç xəta etməyiblər. İmtahan suallarının verildiyi məsələsi gündəmə gələndə təhsil naziri bu iddianı ortaya atanlara "Gerizekalı" dedi, sonra 29 şəxsi bu məsələyə görə işdən çıxarmalı oldu. İndi də məsələnin üstünü açan Cumhuriyyet qəzeti müxbirinə cinayət işi açıblar.

Dini liseyin şagirdləri LGS balı ilə tutaq ki prestijli liseylərə qəbul olundular. 1. Özləri oxuya bilməyəcəklər, çünki aldıqları bal onlara verilib. 2. Girdikləri liseylərin səviyyəsi aşağı düşəcək. 3. Bu liseylərdə oxumağa haqqı olan onlarla insanın haqqını tapdamış olacaqlar.

Bəs "ədalət" və "inkişaf" niyə yaddan çıxdı?

Eyni məntiqlə onillərlə, minbir əziyyətlə qurulmuş, dünyanın ən peşəkar ordularından birinə, azad mətbuata, məhkəmə sisteminə, sərbəst bazarda rəqabət apara bilən şirkətlərə qarşı sındırma-mənimsəmə əməliyyatları keçirdilər.

Türkiyənin qazandıqlarının həvəslə üstündən xətt çəkirlər. Çünki kriteriyaları bəsit insanın meyarıdır, "Bizdəndir, deyil?"

Bu gücü hardan alırlar? Mühakimə qabiliyyəti olmayan, hipnoz edilmiş kütlənin qeydsiz-şərtsiz dəstəyinə əsaslanaraq.

Qızıl Qoza Film Festivalına müraciətlər başladı Məşhur müğənni ilk dəfə xəstəliyindən danışdı Bitkilər və hakimiyyət: Kaliqulanın “şəfalı” ölüm texnikası
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://kulis.az
archiveBu xəbər 25 İyul 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri